"Qonşular və biz" mövzusunda debat keçiriləcək

GƏNCLİK
22:16 08.01.2012
1813
Azərbaycan Tədris Akademiyasında (ASA) yalnız 1 gün - 10 yanvar tarixində saat 18:00-da "Biz niyə həyatımızı başqalarını nəzərə alaraq qururuq?" mövzusunda debat keçiriləcək. Akademiyadan AZXEBER.COM-a verilən məlumata görə, debatda millət vəkili Fazil Qəzənfəroğlu və BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva iştirak edəcəklər. Debat İctimai Televiziyada yayımlanan "Ortaq məxrəc" verilişinin formatında təşkil olunur. Aparıcı Vəsilə Vahidqızıdır. Jurnalistikaya maraq göstərən və bu mövzunu özü üçün aktual hesab edən hər kəs debata dəvətlidir. Müraciətlərinizi 10 yanvar 17:00-a [email protected]/* */ göndərməklə yaxud 562 36 39 və 070 399 36 39 nömrələrinə zəng vurmaqla əsl tok şouda iştirak etmək, fikirlərinizi bölüşmək şansı qazanırsınız.

Təlim ödənişsizdir. Qeydiyyat üçün yerlər məhduddur.

OXŞAR XƏBƏRLƏR