Bakı şəhər Baş Polis İdarəsinin rəisi general – mayor Rafiq Abbasovu vəzifəsindən azad edilib.
13:50
Bu barədə “Qafqazinfo”ya məlumat DİN-dən daxil olub. Məlumata görə, R. Abbasov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə rəis təyin olunub.
Bakı polisinin yeni rəisi vəzifəsinə isə MCQMİ-nin rəisi general-mayor Mirqafar Seyidov təyinat alıb.
Qeyd edək ki, R. Abbasov Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun bacanağıdır.
14:54
Daxili işlər orqanlarında kadr dəyişikliyi həyata keçirilib.
APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Bundan başqa, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov tutduğu vəzifədən azad edilərək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib.
Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev isə tutduğu vəzifədən azad edilərək, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.
Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov isə Nəsimi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi Lətif Cahangirov isə tutduğu vəzifədən çıxarılaraq Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinə rəis göndərilib.
Məlumatı DİN-in mətbuat xidməti ilə dəqiqləşdirmək mümkün olmayıb.