"Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Fələstin məsələsinə daim diqqət ayırmışıq"

"Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Fələstin məsələsinə daim diqqət ayırmışıq"
SİYASƏT
17:53 15.11.2023
303
"Azərbaycan hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı çağırışları dəstəkləyir və son gərginliklə əlaqədar oktyabr ayında BMT Baş Assambleyasında qəbul edilmiş qətnamənin lehinə səs vermişdir".

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın noyabrın 15-də İstanbulda keçirilən dövlət və hökumət başçılarının xanımlarının "Fələstin üçün tək ürək” toplantısının iştirakçılarına müraciətində bildirilib.

Müraciətdə, həmçinin qeyd edilib: "Ölkəmiz beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, İsrail-Fələstin münaqişəsinin "iki dövlət” prinsipi əsasında həllinin tərəfdarıdır. 2019-ci ildən etibarən Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Fələstin məsələsinə daim diqqət ayırmışıq. İnanıram ki, bu il Ramallah şəhərində ölkəmizin Təmsilçilik Ofisinin fəaliyyətə başlaması Azərbaycan-Fələstin əlaqələrinin inkişafına təkan verəcəkdir”.

Son on il ərzində Azərbaycanın BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi xətti ilə dəfələrlə humanitar və maliyyə yardımı göstərdiyini xatırladan Birinci xanım Mehriban Əliyeva vurğulayıb: "Eyni zamanda, Azərbaycan Fələstinə siyasi və maliyyə dəstəyinin cəlb edilməsi məqsədilə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Bunların sırasında Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransını və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransını qeyd etmək istərdim. Azərbaycan dövlətinin verdiyi təqaüd əsasında fələstinli gənclər ölkəmizdə ali təhsil alırlar. Azərbaycan tərəfindən Fələstində inşa ediləcək məktəb Fələstin xalqına dəstəyimizin növbəti təzahürü olacaqdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
20:14 06.10.2026
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
20:06 06.10.2026
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
20:05 06.10.2026
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
20:00 06.10.2026
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
19:53 06.10.2026
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
İranda dollar yenidən kəskin bahalaşdı
19:49 06.10.2026
İranda dollar yenidən kəskin bahalaşdı
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
19:42 06.10.2026
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
19:36 06.10.2026
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
CENTCOM ABŞ hərbi helikopterinin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib
19:32 06.10.2026
CENTCOM ABŞ hərbi helikopterinin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
19:29 06.10.2026
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
19:10 06.10.2026
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
19:04 06.10.2026
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
19:03 06.10.2026
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib
18:56 06.10.2026
Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
18:42 06.10.2026
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır