Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-nin virtual əməkdaşlıq şəbəkəsi qurulacaq

GƏNCLİK
22:40 06.08.2020
1246
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) tərəfindən yeni beynəlxalq layihənin icrasına başlanılmışdır.
 
AZXEBER.COM xəbər verir ki, Qoşulmama Hərəkatına üzv ölkələrin QHT rəhbərlərinin onlayn görüş, müzakirə və videokonfransının təşkili və virtual əməkdaşlıq şəbəkəsinin qurulması” adlanan beynəlxalq layihə 3 ay müddətində məsafədən, İKT imkanları vasitəsilə həyata keçiriləcək və 20-dən artıq ölkəni və onların fəal vətəndaş cəmiyyəti institunu əhatə edəcəkdir.  
 
Pandemiya şərtlərinə uyğun onlayn formatda icra olunacaq layihə çərçivəsində Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin nüfuzlu QHT rəhbərlərinin quruma sədrlik edən Azərbaycanın müxtəlif hökumət strukturları və QHT platformaları ilə virtual tanışlığı, görüşü təşkil olunacaq, ölkəmizdə vətəndaş cəmiyyəti sistemi və onun təsisatlarının rolu və fəaliyyəti haqında məsafədən müzakirəsi aparılacaqdır.
 
Proqrama uyğun QH-na üzv ölkələrin QHT rəhbərlərinin, Azərbaycan vətəndaş cəmiyyəti institutları, hökumət strukturları təmsilçilərinin, ekspert və media nümayəndələrinin iştirakı ilə "Qoşulmama Hərəkatına üzv ölkərin QHT-nin əməkdaşlıq imkanları” adlı onlayn beynəlxalq videokonfans təşkil olunacaq və bu beynəlxalq platforma çərçivəsində gələcək fəaliyyətlərə dair konkret təkliflər səsləndiriləcəkdir.
 
Onlayn beynəlxalq tədbir adından Bakı Bəyannaməsi qəbul olunacaq ki, burada da QH-üzv QHT-lərin virtual əməkdaşlıq şəbəkəsinin əsası qoyulacaqdır. Əməkdaşlıq şəbəkəsi Azərbaycanın sədrliyi dövründə 2021-ci ildə Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-nin I Forumunun keçirilməsi üzrə təşəbbüslə çıxış edəcəkdir.
 
Layihə çərçivəsində ADTGT QH-na üzv ölkələrin QHT-nı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və həqiqətlərinə və ölkəmizin ədalətli mövqeyinin müdafiəsi istiqamətində beynəlxalq  ictimai dəstək kampaniyasına cəlb etmək niyyətindədir.
 
ADTGT hesab edir ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatına üzv ölkələrin QHT-nin ölkəmizin haqlı mübarizəsinin tanıtım və təbliğində iştirak etməsi dövlətimiz üçün yeni imkanlar və əlavə şanslardır.
 
Layihənin yekunu olaraq, ingilis dilində QH-na üzv ölkələrdə QHT-lər, onların vəziyyəti, rolu və fəaliyyətinə dair kitab çap olunacaq və poçt vasitəsilə iştirakçı ölkələrə göndəriləcəkdir.

OXŞAR XƏBƏRLƏR