‘Qoy Azərbaycanda istədiklərini desinlər, tənqid etsinlər...’ - Əkrəm Əylisli

‘Qoy Azərbaycanda istədiklərini desinlər, tənqid etsinlər...’ -  Əkrəm Əylisli
Bütün Xəbərlər
14:54 16.04.2013
2213

Yazıçı "Daş yuxuları" əsərinin erməni dilində dərc edilməsinə aydınlıq gətirib

Azərbaycan yazıçısı Əkrəm Əylisli səs-küylü "Daş yuxuları" əsərinin erməni dilində dərc edilməsinə aydınlıq gətirib.

AZXEBER.COM-un məlumatına görə, yazıçı Azadlıq Radiosuna müsahibəsində, ermənilərin romanı ondan icazəsiz tərcümə edildiyini bildirib: "Əvvəla deməliyəm ki, romanı dərc edənlər məndən heç nə soruşmayıb. İkincisi də, mən yenə də öz fikrimdə qalıram ki, bu əsərə nə qədər emosional yanaşsaq, o qədər erməni tərəfi bundan istifadə etməyə çalışacaq. Üçüncüsü, bir daha qeyd edirəm, əgər bu əsərə biz ümumbəşəri dəyərlər nöqteyi-nəzərdən yanaşsaq, orada Azərbaycan xalqı üçün alçaldıcı heç nə görmərik". Yazıçı qeyd edib ki, öz əsərinin tərcüməsi və Ermənistanda dərc edilməsi barədə internet vasitəsilə 11 aprel tarixində xəbər tutub. Yazıçı tərcümə müəllifləri ilə heç bir əlaqəsi olmadığını deyib: "Qətiyyən. Onlarla mənim nə əlaqələrim ola bilər ki. Bu sadəcə əsərdi. Kimsə götürüb onu çap edə bilər. Lakin hər halda məndən soruşsaydılar mən məsləhət görməzdim. Çünki indi bu artıq siyasi məsələyə çevrilir. Çox arzu edirəm ki, elə bir zaman gəlsin ki, ermənilər siyasi məqsədlər güdmədən bizim əsərləri çap etsinlər. İndiki halda siyasi məqsədlərin nə dərəcədə güdülməsini bilmirəm. Görünür hansısa nəşriyyatçı fikirləşib ki, bununla yaxşı gəlir əldə edə bilər və romanı erməni dilində çap edib. Kimsə bundan öz xeyrinə istifadə etmək istəyir. Mən bunu belə başa düşürəm. Mən bu romanı dərc edən şəxsləri tanımıram. Yalnız Grant Matevosyanı tanıyırdım, o da artıq həyatda yoxdu. Onun Anait Bayandur adında mənimlə Moskvada Ədəbiyyat institutunda təhsil almış tərcüməçisi var idi. O da rəhmətə gedib", - deyə o bildirib. Sözügedən əsərin dərc edilməsindən sonra Azərbaycanda ona ünvanlanmış ittihamlar ilə əlaqədar Avropa ölkələrinin səfirliklərinə müraciət etməsi barədə suala cavab verərkən Əylisli qeyd edib ki, o zaman bir qədər əsəbi olub. Xarici səfirliklərin reaksiyası haqqında danışarkən Əylisli Əkrəm bildirib: "Müsbət cavab verən də, ümummiyətlə cavab verməyənlər də olub. Bu barədə düşünmürdüm. Qoy Azərbaycanda istədiklərini desinlər, tənqid etsinlər... Onlardan heç biri Azərbaycanı mən sevdiyim qədər sevə bilməz. Mən inanıram ki, əsərimlə Azərbaycanı yüksəkltmək, millətlər arasında ədavəti aradan qaldırmağa cəhd etmiş oldum. Bu inam olmadan,sadəcə olaraq yaşaya bilmərəm. Artıq 75 yaşım var. Tam əminliklə deyə bilərəm ki, dediklərimi sözlə yox, həyatımla sübut etmişəm. Azərbaycan xalqının zirvələr qədər yüksək olduğunu göstərməyə çalışdım. “Daş yuxuların” xarici həmkarları tərəfindən nə cür şərh edilməsi barədə suala Ə.Əylisli belə cavab verib: «Son zamanlar internet vasitəsi ilə Rusiyanın və digər ölkələrin məşhur yazıçılarından, ziyalılarından çoxsaylı məktublar alıram . Bu məktublarda olan müsbət qiymətləndirilmənin obyektivliyinə şübhə etmək üçün heç bir əsas görmürəm . Çünki onlardan hər biri Azərbaycanın düşməni deyil, dostudur. Bu yazıçılar öz əsərlərində heç bir zaman ermənipərəst mövqe nümayiş etdirməyib. Onlar , sadəcə olaraq xalqlar arasında düşmənçilik istəməyən humanist insanlardır. Mən də bir yazıçı olaraq onların sıralarındayam».

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
13:23 15.08.2025
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
13:20 15.08.2025
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
Tarixdə bu gün - 15 avqust nə günüdür?
13:16 15.08.2025
Tarixdə bu gün - 15 avqust nə günüdür?
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
13:05 15.08.2025
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
13:01 15.08.2025
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
Lavrov Alyaskaya “СССР” yazılmış geyimlə gəldi - VİDEO
12:53 15.08.2025
Lavrov Alyaskaya “СССР” yazılmış geyimlə gəldi - VİDEO
Sabah yağış yağacaq
12:43 15.08.2025
Sabah yağış yağacaq
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb
12:26 15.08.2025
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb