Quba-Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

Quba-Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU
SOSİAL
21:31 06.09.2026
112
Quba-Xaçmaz avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (kişi) 06.09.2026-cı il tarixində saat 01:10 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

AZXEBER.COM bizim.media-ya istinadən xəbər verir ki, bədənin müxtəlif nahiyələrinin müştərək səthi travmaları və əzilmiş yaraları, sol bazu sümüyünün qəlpəli, yerdəyişmiş açıq sınığı, alın nahiyəsinin açıq yarası, döş qəfəsi və alın nahiyəsinin küt travması diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

2000-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

2002-ci il təvəllüdlü şəxsin müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR