Qubada 11 yaşlı oğlan çayda boğularaq öldü

Qubada 11 yaşlı oğlan çayda boğularaq öldü
SOSİAL
09:42 14.07.2026
286
Qubada 11 yaşlı uşaq kanalda boğulub.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Qəçrəş kəndi ərazisində qeydə alınıb.

Məlumata əsasən, 11 yaşlı X.Məmmədov ardaşı ilə birlikdə Qudyalçaya çimməyə gedib. Bildirilib ki, bir müddət sonra sahildə arılar uşaqlara hücum edib.

Bu zaman X.Məmmədov su kanalına düşüb və orada boğulub

Məlumata görə, 11 yaşlı uşağın meyiti hadisə yerindən təxminən 5 kilometr aşağıda, "Asma körpü” adlanan ərazidə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR