Quba rayon Zərqəva kənd sakini, 27 yaşlı Q.Ə. 15 yaşlı Z.K-nı (ad şərtidir) zorlayıb. Hadisə törədən şəxs Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs olunub.
Q.Ə.-nin zorladığı qız onun qohumudur. Belə ki, Q.Ə. məcburi cinsi əlaqədə olduğu qızın atası ilə əmioğludur. Quba rayon Polis Şöbəsindən faktı təsdiqləsələr də, əlavə məlumat verməkdən imtina ediblər. Qeyd edək ki, hadisəni törədən Q.Ə. ailəlidir və əvvəllər oğurluq etdiyinə görə məhkumluq həyatı yaşayıb. //lent.az