Qubada ağaca çırpılan avtomobilin sürücüsü yerində öldü

Qubada ağaca çırpılan avtomobilin sürücüsü yerində öldü
Bütün Xəbərlər
16:43 14.11.2012
862
Bu gün saat 14:30 radələrində Quba rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Quba rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Ramin Babayevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, rayon sakini 1987-ci il təvəllüdlü Murad Mövlud oğlu Qurbanovun idarə etdiyi “Mercedes C Klass” markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb. Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb, sürücü isə hadisə yerində ölüb.Meyidi maşından çıxartmaq mümkün olmadığı üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedicilər cəlb olunub. Onlar xüsusi texnika vasitəsilə meyidi maşından çıxaraq aidiyyatlı şəxslərə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR