Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində ağır yol qəzası olub.
"Report”un Şimal bürosunun məlumatına görə, Alekseyevka kənd sakini,1973-cü il təvəllüdlü Kamil Atabala oğlu Allahverdiyevin idarə etdiyi "VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Hadisə zamanı 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb.
Yaralılar Qubar Diaqnostika Mərkəzinə yerləşdirilib. Lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı xəsarət alan digər yaralının da vəziyyəti ağırdır.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.