Qubada da partlayış oldu: yaralanan var

Qubada da partlayış oldu: yaralanan var
Bütün Xəbərlər
14:17 01.10.2012
1433
Quba rayonunda partlayış baş verib.APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Birinci Nügədi kəndində, kənd sakini 40 yaşlı Elman Mirzəyevə məxsus yardımçı binada qeydə alınıb.E.Mirzəyev partlayış zamanı 3-cü dərəcəli yanıq xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan o Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib.Partlayışdan sonra baş verən yanğının söndürülməsinə Quba Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb.İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR