Qubada kafedə qanlı mübahisə - Bir nəfər qətlə yetirildi

KRİMİNAL
12:09 23.07.2019
2308
Quba rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Aşağı Atuc kəndində qeydə alınıb.

Gecə saatlarında kənd ərazisindəki kafelərin birində mübahisə olub. Mübahisə zəminində Aşağı Xuc kənd sakini Babək Şükürov bıçaqlanaraq qətlə yetirilib.

İlkin məlumata görə, hadisəni əvvəllər məhkumluğu olmuş Cabir Əhmədxanov törədib.

Faktla bağlı araşdırma aparılır.
 
///Oxu.Az

OXŞAR XƏBƏRLƏR