Quba şəhərinin Ə.Nərimanov küçəsində məktəbli 11 yaşlı İmran Teymurovu "Ford" markalı avtomobillə vuran şəxs saxlanılıb.
Hadisəni törədən sürücü 31 yaşlı Muradov Kənan Rauf oğlu polisə təslim olub.
O, yaralını Quba rayon Mərkəzi Xəstəxanasına aparıb, daha sonra Quba Rayon Polis Şöbəsinə gələrək yol-nəqliyyat hadisəsi törətdiyini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
///APA