Qubadlının icra başçısı Yasamala gətirilir? - İDDİA

Qubadlının icra başçısı Yasamala gətirilir?  - İDDİA
SOSİAL
11:41 11.08.2017
5425
Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin işdən çıxarılmasından sonra bu rayona kimin başçı təyin olunacağı ən çox müzakirə olunan məsələlərdəndir.
 
Ölkə rəhbərliyinin iradəsinin ziddinə olaraq, Hacı Cavad Məscidini sökdürdüyü üçün işdən qovulan İbrahim Mehdiyevin yerini tutmaq uğrunda cox ciddi mübarizənin başlandığına dair xəbərlər yayılmaqdadır. Məsələ ondadır ki, Bakının ən böyük və ən strateji rayonlarından olan Yasamal, hakimiyyətdaxili klanların öz nəzarəti altına almaq istədiyi əsas ərazilərdən biri hesab olunur. Bu rayonun "qiyməti” son illər daha da artıb. Rayonda irimiqyaslı söküntü və tikinti işlərinin həyata keçirilməyə başlaması "qaz vurub qazan doldurmaq” niyyətində olan klanların Yasamala olan marağını daha da artırıb. Klanlar öz adamlarının başçı təyin edilməsinə nail olmaqla, rayonda aparılacaq söküntü-tikinti işlərini də nəzarət altına almaq, ərazidə həyata keçirəcəkələri bina, ticarət mərkəzləri, otel tikintiləri ilə böyük pullar qazanmaq niyyətindədirlər.
 
Yasamala namizəd kimi bir neçə şəxsin adı çəkilir
 
Məlumata görə, Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov Yasamala başçı gətirilir. Artıq icra başçısı bununla bağlı yaxın ətrafına məlumat verib və bildirib ki, yaxın günlərdə təyinat reallaşdırılacaq. Maraqlıdır ki, Malik İsaqov bu günə qədər mediadan uzaq gəzməyi bacaran icra başçılarındandır. Ancaq onunla bağlı neqativ xəbərlər də az deyil. Bir müddət öncə Sumqayıtda Qubadlı icra hakimiyyətinə məxsus ərazidə ağacların kəsilməsi məsələsi gündəmə gəlmişdi. Bu səbəbdən İsaqovun Bakının ən yaşıl və ekoloji cəhətdən ən əlverişli rayonlarından olan Yasamala iddia etməsi də təəcüblü deyil.

Xatırladaq ki, Malik İsaqovdan başqa Yasamal rayon İcra Hakimiyyətinin başçısı postuna hazırda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri işləyən Tahir Budaqovun da adı əsas namizədlər sırasında çəkilir. Onun icra başçısı təcrübəsinin olması şansını daha da artırdığı vurğulanır. Bundan əlavə mətbuatda Mingəçevir rayon icra hakimiyyətinin başçısı Niyazi Bayramovun da bu posta iddialı olduğu yazılıb. Həmçinin Tağı Əhmədov və Əhəd Abıyev də bu rayona gəlmək uğrunda "savaş” aparır.
 
Realliq.info saytının yazdığına görə isə Yasamala Pirallahı rayon icra başçısı Vasif İmanov gətiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:31 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi