Qubadan həyəcanlı xəbərlər gəlməkdədir.
AZXEBER.COM xəbər verir ki, qəzəblənmiş xalq əlinə keçən hər şeyi dağıdır, yandırır. Onun verdiyi məlumata görə hazırda icra başçısı Rauf Həbibovun rayondan qaçması barədə şayiələr dolaşır.
Qeyd edək ki, bu xəbərləri başqa KİV-lər də yayıblar. Müxbirimizin qaynar nöqtədən göndərdiyi fotolar da durumun kritikliyini ortaya qoyur. Qeyd edək ki, hazırda Qubaya daxili qoşunların hissələri göndərilib. Xalqla toqquşmada polis gözyaşardıcı qazlardan istifadə edir. Vurğulayaq ki, Quba camaatının etirazlara qalxmasının səbəbi icra başçısı Rauf Həbibovun qubalıları ağır sözlərlə təhqir etməsidir. Onun bu təhqirləri video görüntü halında sosial şəbəkələrdə yayılmaqdadır. Rauf Həbibov nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamıdır. Xalqın ondan narazılığı və üsyan həddində olduğu siyasi hakimiyyətə bəlli olsa da, zamanında heç bir qabaqlayıcı addım atılmaması səbəbindən hadisələr üsyana qədər inkişaf etdi.