Qulu Məhərrəmli ilk iş yeri və ilk iş günü haqda danışdı

Qulu Məhərrəmli ilk iş yeri və ilk iş günü haqda danışdı
MEDİA
12:58 04.11.2011
1968
Tanınmış telejurnalist Qulu Məhərrəmli mətbuatla əməkdaşlığa orta məktəb dövrlərindən başlayıb. Bu əməkdaşlıq tələbəlik illərində də aktiv şəkildə davam edib. Təhsil aldığı illərdə müxtəlif mətbu orqanlarda yazıları dərc olunan Qulu Məhərrəmlli ilk fəaliyyətə isə Azərbaycan Televiziyasının "Xəbərlər" Redaksiyasında başlayıb. Q. Məhərrəmli söylədi ki, o bura təyinatla gəlib: “Universiteti bitirəndən sonra təyinatımız AzTV-yə verilidi. İki-üç ay işsiz qaldıq, 2-3 tələbə idik. "Xəbərlər"in redaktoru Ənvər Qafarlı gənclərə diqqətlə yanaşırdı. O, bizi burda işə qəbul etdi”. İlk iş gününü nostalji hisslərlə xatırlayan Q.Məhərrəmli deyir ki, o vaxt böyük işlər görmək, tanınmaq arzusunda olub. Nəhayət ki, arzuladığı peşənin yolunda ilk adımlarını atmağa başladığı üçün sevinci də böyük olub. Daha sonra Q.Məhərrəmli ilk işindən də danışdı. Məlum oldu ki, Q.Məhərrəmlinin televiziyada ilk reportajı Sumqayıtdakı Kimya zavodundan olub. “Ürəyimcə olmayan mövzu idi. Mənim üçün çətin gəlirdi, yol uzaq idi. Ancaq mənə çəkiliş qrupu ayırdılar, getdim reportajı hazırladım. Səhəri gün də gül sərgisi ilə bağlı reportaj hazırladım. Bu reportajı indiyə kimi xatırlayıram. Adı da maraqlı idi: “Gül güldanda gözəldir”. Həmkarlarım da bu reportajı bəyənmişdi. Elə o vaxt demişdilər ki, reportaj hazırlamaq qabiliyyətim var”.
OXŞAR XƏBƏRLƏR