Qurban Qurbanov “Ayaks”la oyun üçün şansları dəyərləndirib: İrəli getmək istəyirik

Qurban Qurbanov “Ayaks”la oyun üçün şansları dəyərləndirib: İrəli getmək istəyirik
İDMAN
21:26 09.12.2025
163
"Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində "Ayaks”la qarşılaşacaq.

AZXEBER.COM xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"Çox vacib oyundur. Hazırlaşmağa çox vaxt olmadı. İstəyərdik ki, daha bir neçə gün vaxtımız olsun. Oyunun gedişatında fərqli rotasiyalar edən komandaya qarşı oynayırıq. Çox diqqətli olmalıyıq. Qarşımızda qalib gəlmək istəyən komanda var. İlk qalibiyyəti istəyəcəklər. "Ayaks"ın proqramına baxanda görərik ki, matça çox ciddi çıxacaqlar. Məşqi başqa yerdə edəcəklər. Görünən odur ki, bu qarşılaşmaya var gücləri ilə hazırlaşırlar. Çalışacağıq ki, yenə də öz istəkli oyunumuzu oynayaq. Çox istəyərdik ki, bu oyunda daha çox yaradıcı olaq. Amma rəqib birə-bir oynamağı xoşlayan, fərqli rotasiyalar edən kollektivdir. Azarkeşləri sevindirmək və uğurlu nəticə əldə etmək üçün çalışacağıq".

- Çoxları "Ayaks"a 3 xal gözü ilə baxır. Bu, komandaya müsbət, yoxsa mənfi təsir edir?

- Ən təhlükəlisi də bu cür yanaşmadır. İstənilən komandanın xalı çox ola bilər və ya olmaya bilər. Biz də Liqa mərhələsinə düşəndə, rəqiblərimizi biləndə, bizə qarşı müəyyən fikirlər var idi ki, xalımız az ola bilər. Amma indi xeyli xalımız var. "Ayaks"a belə yanaşaraq bizdən 3 xal gözləmək təhlükəlidir. Amma güvənərək gözləmək yaxşıdır. Biz kənar fikirlərə diqqət ayırmayaraq, fikrimizi tam olaraq oyuna kökləməliyik. Çalışıb düzgün və intizamlı oynamalıyıq. Qarşımızda "Ayaks" var.

- Niderland mətbuatı "Qarabağ"ı üstün hesab edir...

- Buna azərbaycanlı kimi sevinə bilərəm. Əgər "Qarabağ"ı belə dəyərləndirirlərsə, ancaq sevinmək olar. Deməli, öz oyunumuzla, nəticələrimizlə, stabil çıxışımızla bunu haqq etmişik. Təkcə bu günə qədər yox, illərin gedişatına görə belə fikir formalaşıb. Bunun oyunun gedişatına təsiri olmalı deyil. Bunu bizim işimizə verilən dəyər kimi görmək olar. Demək ki, bizi dəyərləndirirlər, güvənirlər, qiymət verirlər. Sevindirici xəbərdir.

- "Ayaks"ın sistemində dəyişikliklər olduğunu dediniz. Buna necə hazırlaşmısınız?

- Oyunun gedişatında sistemdə dəyişikliklər edirlər. Bunu ilk dəqiqlərdən də edə bilirlər. Hücum xəttində fərqli sistem qururlar. Futbolçularımın oyunun gedişatında çox diqqətli olması lazımdır. Biz daha çox aktiv futbol oynamaq, rəqibə təzyiq göstərmək istəyirik. Sistemdə dəyişiklik olsa, futbolçularım bunu dərhal hiss etməlidir. Düşüncələr yalnış olmamalıdır. Olsa, qapıda təhlükə ola bilər.

- "Qarabağ" Türkiyədə "Napoli" ilə matçda da favorit göstərilirdi. Hədəflərinizin neçə faizini etmisiniz?

- Düşündüyümüz nəticəni etmişik və ya etməmişik, bunu demək çətin olar. "Befnika" ilə matçda Liqa mərhələsində ilk qələbəmizi qazandıq. Bunu yenilik kimi qəbul etdik. Sonra 2-ci qalibiyyət oldu. "Çelsi" ilə matçda da bərabərlik qeydə alındı. Ümumi götürsək, çox yaxşıdır, gözəl nəticədir. Amma biz dayanmaq istəmirik. Şansımız varsa, daha da irəli getmək, güvənli olmaq istəyirik. Böyük futbolda böyük uğurlar əldə etmək üçün etdiyin bəs etmir. Minimumu əldə saxlayıb, artığını etməlisən. Bu günə kimi olan oyundan, nəticədən, futbolçularımdan çox razıyam. Daha böyük və keyfiyyətli komanda olmaq üçün yenə nəticə vermək lazımdır.

- Ötən mövsümkü "Ayaks"la indiki komandanı müqayisə edəndə ortaya hansı fərqlər çıxır?

- Futbol dedikdə həmişə "Ayaks" öndə olub. Onların oyun sistemi, oyun fəlsəfəsi, ələlxüsus da uşaq akademiyası həmişə tanınıb. "Ayaks" dedikdə Yohan Kroyf yadımıza düşür. Bugünkü baxımlı futbolun banisi odur. Belə dahi futbolçunun, məşqçinin ölkəsinin komandasıdırsa, burada məşqçilər dəyişə bilər, sistem həmişə qalacaq. Bəzi xırda detallar daim oyunun gedişatında olur. Biz heç vaxt onları düşünərək, oyuna hazırlaşmalı deyilik. "Ayaks"a qarşı oynayırıq. Qarşımızda çox ciddi komanda var.

- "Qarabağ"ın ÇL-dəki hər oyunundan sonra dünya mətbuatında çox işıqlandırılır, transfer şayiələri ortaya çıxır. "Qarabağ" qışda heyəti qoruyacaq, yoxsa oyunçuları satmağı planlaşdırırsız?

- İlin sonunda həmişə problemlər yaranır. Bir neçə oyunçumuz zədəli, yorğun olur. Mövsüm sona yaxınlaşdıqca istənilən böyük komandada problemləri müşahidə olunur. Biz daim heyətimizdə daha yaxşı, daha keyfiyyətli futbolçuların olmasının tərəfdarıyıq. Bunun da üzərində iş gedir. Dünya bazarına çıxmaq istəyiriksə, bu hallar mütləq olmalıdır. Yaxşı klublardan bizim oyunçulara təklif olarsa, bu bazara girmək üçün düşünə bilərik. Buna qədər bir neçə transferimiz olub. Özümüz də komandaya əlavə oyunçular gətirməliyik. İşin gedişatıdır. Elə şey yoxdur ki, bu futbolçu heç yerə getməyəcək, komandada qalacaq. İstəyirik ki, daha üstün liqalara getsinlər. Belə olan halda buna yox deməyəcəyik. İmkan olduğu qədər, qış transfer pəncərəsində bir neçə oyunçu cəlb etmək istəyirik ki, komandamız daha sağlam və daha keyfiyyətli olsun.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: İordaniyada həlak olan ABŞ hərbçiləri ilə bağlı araşdırmanın nəticələri açıqlanacaq
19:34 22.07.2026
Tramp: İordaniyada həlak olan ABŞ hərbçiləri ilə bağlı araşdırmanın nəticələri açıqlanacaq
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
18:51 22.07.2026
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
18:39 22.07.2026
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?