Qurban Qurbanov: "Bərabərlik cavab matçında rəqibə inam verəcək"

Qurban Qurbanov: "Bərabərlik cavab matçında rəqibə inam verəcək"
İDMAN
22:48 22.07.2021
1076
"Bu gün sizlərə qələbəni hədiyyət etmək istəyirdik. Amma alınmadı. Futbolçular əziyyət çəkdi. Yaxşı müdafiə olunan rəqibə qarşı çıxış etdik".

AZXEBER.COM-un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsrail "Aşdod"u ilə qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, futbolçuların nizam-intizamı yerində olub: "Əks hücumdan sonra Maksim Medvedev qırmızı vərəqə aldı. Cavab matçında qələbə üçün ən yaxşısını etməyə çalışacağıq. Oyuna qədər vaxtımız var. Bəzi matçlarda Qara Qarayevi müdafiədə oynatmışıq. Müdafiəçilər bir-bir sıradan çıxırlar. Belə hal yaşadığımız anı xatırlamıram. Pandemiya dönəmində oxşar hal baş verib. Qarşıdakı görüşə 6-7 gün var".

Qurbanovun sözlərinə görə, komandaların səviyyələri bərabərləşməyə başlayıb: "Bəzən favorit komandalar yaxşı nəticə qazana bilmir. Hansısa zamanda heyəti dəyişmək lazım gəlir. Bu gün də bizdə bu dəyişiklər gedir. Cari möv hər mövqe üçün futbolçu axtarırıq. Belə olan təqdirdə bu cür nəticələr olur. Rəqib buradan bərabərliklə dönür. Oyunumuzu daha da yaxşılaşdıra bilərik. Bərabərlik onlara inam verəcək. Cavab qarşılaşmasında bu inamı onların əlindən almağa çalışacağıq".

Baş məşqçi transferlərdəki çətinliklərdən danışıb: "Böyük klubların xüsusi transfer büdcəsi olur. Biz bunu daha da artırmalıyıq. 80-90 faiz futbolçular Azərbaycana gəlmək istəmir. Bunun pandemiyaya və çempionatın səviyyəsinə görə olduğunu bilmirəm. Çox detallarda razılaşmışıq. Sadəcə, sonda deyiblər ki, bu ölkəyə gəlmək istəmirik. Bundan 7-8 il əvvəl futbolçu gətirmək rahat idi. Bəzi problemlərimiz var. Amma biz əlimizdə olan futbolçuları da qoruyub saxlamalıyıq. İkinci yarıda meydana buraxacağımız oyunçular az idi. Öz formalarında deyildilər. Sanki hər şey bizim üzərimizə gəlib. Bu gün çatışmazlıqlarımız var. Daha çox işləməliyik. Daha da yaxşı kollektiv qurmağa çalışacağıq".

Təcrübəli mütəxəssis ot örtüyünün yaxşı vəziyyətdə olmadığını etiraf edib: "Kənardan yaxşı görünürdü. Amma futbolçular istədiklərini edə bilmirdilər. İstəyərdik ki, daha da yaxşı olsun".

Qurbanov 7 ildən sonra avrokuboklara Çempionlar Liqasında start verməməyin psixoloji təsiri olduğunu söyləyib: "Biz idmanın nə olduğunu düzgün başa düşürük. Hər zaman qələbə qazanmaq olmur. Biz məsuliyyətlə bu turnirə başlamışıq. Bəzən düşünmədiyimiz nəticələr də olur. Hamı avrokuboklar və azarkeşlər üçün darıxıb. Qarşıdakı turnirlərdə yaxşı nəticələr üçün daha çox çalışmalıyıq".

Baş məşqçi yaxın dönəmdə yaxşı kollektiv quracaqlarını sözlərinə əlavə edib: "Ötən mövsüm Avropa Liqasının qrup mərhələsindəki matçlarda futbolçulardan razı qalmışam. Son vaxtlar futbolçularımız zədələnir. Ümid edirəm ki, bütün bunlar düzələcək. Belə getsə, ancaq iki müdafiəçi ilə çıxış edəcəyəm və digər futbolçuları hücuma buraxacağam (gülür). Futbolçulara müdafiədən oynamaq düşüncəsi yaratmamışam. Öz oyun üslubumuzla rəqib qapısına yaxınlaşmaq istəmişik. Oyun olarar Xayme Romero, Abdullah Zubir bizim hücumçularımızdır. Hər zaman ön xəttdə fəaldırlar. Bəzən isə rəqibə görə müdafiədən oynamalı oluruq. "Aşdod" isə istəkli komanda idi. İsrail klubları son vaxtlar fərqlənir. Mən bir az rahatam, çünki 5-6 günümüz var. Futbolçularımız daha yaxşı formada olacaqlar. Müdafiəni yaddan çıxarmamalıyıq və digər oyunçularla bu mövqedəki problemi aradan qaldırmalıyıq. Maksim Medvedevdən istədiklərimizi Qara Qarayevdən tələb edə bilmərik. Bu gün Ramil Şeydayevdən tam razı qala bilmərəm. 3-4 gün fərdi məşqlərdən sonra kollektivə qoşulub. Şeydayevin ən üstün cəhəti onun işgüzarlığıdır. Bəzən zəif olsa da, bu keyfiyyəti ilə onu aradan qaldırır. Onun bacarığı, istedadı var. Hazırlığa görə, bu gün çox şey etdi".

Qurbanov Mussa Əl Təmarinin Ağdam təmsilçisinə keçməyəcəyini vurğulayıb. O, cavab matçında penaltilərə hazırlaşması barədə bunları deyib: "Futbolçuların belə düşüncədə olmasını istəmirəm. Mən onlara bilmədən məşqlərdə penalti zərbələri yerinə yetirdirəm".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO