Qurban Qurbanov: “Futbolçuların üzərinə çox getmədim”

Qurban Qurbanov: “Futbolçuların üzərinə çox getmədim”
İDMAN
10:47 16.12.2017
1396
"Sumqayıt”ı təbrik edirəm. Layiqli qələbə qazandılar. Özümüzə gəldikdə, həmişə kubok oyunlarında ehtiyat etmişəm. Futbolçuların üzərinə çox getmədim. Əvvəl də dediyim kimi, komandada yorğunluq var. Bu il bizim üçün ağır oldu, uğurlu nəticələrimiz oldu".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Sumqayıt"la cavab oyunundan (0:2) sonra keçirilən mətbuat konfransında deyib.

- Riçard Almeyda və Dino Ndlovu niyə oynamırdı?
- İkisi də zədəli idi. Riçardda əzələsində dartılma var, Ndlovuda da həmçinin.

- Futbolçularda istirahət vaxtına görə rahatlıq hiss etdiniz?
- "Yox" deyə də bilmərəm. Futbolçu psixologiyasıdır. Özümdə də belə hallar olub. Nə qədər motivasiya etsəm də, düşünürdüm ki, son oyundur, gedirik istirahətə. Belə düşüncə var idi.

- "Sumqayıt”ın heyətində kimi fərqləndirərdiniz?
- Bunu deyə bilmərəm. Bütün futbolçuları izləyirəm. Bütün komandalardaki oyunçulara baxırıq.

- Qış fasiləsində kimlər gedəcək?
- Konkret olaraq, belə futbolçu yoxdur. Hər bir futbolçunun müqaviləsi var. Bu haqda heç nə deyə bilməyəcəm. Kimsə öz xahişi ilə getmək istəsə, düşünərik. Müqaviləsi olan oyunçuya get deyə bilmərik.

- Xarici klublardan hansısa futbolçu üçün təklif almısınızmı?
- Ciddi bir təklif yoxdur. Bu barədə düşünmək lazım deyil. Dino ilə bağlı təklif olmuşdu, ancaq ciddi deyildi.

- Heyəti gücləndirmək baxımından addım atılacaqmı?
- Belə bir fikir var. Yerli futbolçu əldə edə bilmərik. Yaxşı futbolçuların hamısı öz klubundadır. İnanmıram onlar istədiyimiz futbolçuları bizə versin. Axtarışlarımız gedir. Yayda danışıqlar apardığımız oyunçularla hələ də danışıqlar aparırıq. Amma mütləq futbolçu gəlməlidir.

- İlk oyundaki kimi burada da Jezniçak səhvə yol verdi. Sizcə, mərkəz müdafiəçisi lazımdırmı?
- Hər xəttə uyğun bir futbolçu istəyirik. Belə fikrimiz var.

- "Neftçi" Rahid Əmirquliyevi transfer etmək istəyir, bu barədə müraciət almısınızmı?
- Bizə rəsmi təklif olmayıb. Rahid bizim əsas oyunçularımızdan biridir. Xeyli zaman var. Təklif olsa, fikir bildirə bilərik. Rahidə inanırıq. Onun mövqeyində vacib futbolçulardandır.

- Həm milli, həm də "Qarabağ"ı hazırlamaq çətin olmayacaq ki?
- Hətta bir komandanı hazırlamaq çətindir. Ancaq biz çətinlikdən qorxuruqsa, addım atmamalıyq. Hər şeyi düşünürəm. Elə işlər var ki, hər kəsin öz məsuliyyəti var. Təcrübəmiz də artıb. Oyunçunun potensialını bilmək üçün vaxt sərf etmirik. Əlaqələrmiz də var. Oyunçuların həyat tərzi barədə məlumat toplaya bilirik. Çətin olacaq, mənim üçün də məsuliyyət olacaq. Ancaq futbolumuz üçün bu addım atılmalıdır. (Sport24.az)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
22:00 05.10.2026
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
21:54 05.10.2026
Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO
21:51 05.10.2026
Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO
Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir
21:47 05.10.2026
Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - VİDEO
21:41 05.10.2026
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - VİDEO
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
21:37 05.10.2026
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
21:24 05.10.2026
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
21:10 05.10.2026
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
21:02 05.10.2026
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
20:56 05.10.2026
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
20:50 05.10.2026
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı olub
20:42 05.10.2026
Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı olub
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
20:40 05.10.2026
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər
20:33 05.10.2026
Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər
İranın daxili işlər naziri Qətərə səfər edib
20:29 05.10.2026
İranın daxili işlər naziri Qətərə səfər edib
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
20:23 05.10.2026
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir