Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər

Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
İDMAN
00:08 21.06.2026
1653
"Qarabağ” yoxlama oyununda "Zirə”yə 4:3 hesabı ilə qalib gəlib.
 
Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Yeni gələn futbolçular özlərini necə göstərdilər?

- Hazırlığın ilk mərhələsinin son günü idi. Belə bir oyunun olmasını çox istəyirdik. Çox faydalı oyun oldu. Matçı üç hissəyə bölmüşdük - iki 30 dəqiqə və bir 45 dəqiqə. 8-9 günlük hazırlıqdan razı qaldım. Futbolçular çox məsuliyyətlə çalışırdılar. Düzdür, bütün oyunçular hazırlıq prosesində bir yerdə deyildilər. Bəziləri milli komandalarda idilər, bəzilərinin zədəsi var idi. Yeni gələn futbolçular 30 dəqiqə oynadılar. Onlar bizə çox gec qoşulublar. Hər biri haqda xoş təəssüratlarım oldu. Ümid edirəm ki, komandamıza faydalı olacaqlar.

- Komandada gedən yenilənmə prosesi sizi qane edir?

- Tam yox. İstərdim ki, işimizi tamamlayaq. Hələ ki tamamlanmayıb. Ümumən proses pis getmir. Bəzən düşünmədiyimiz variantlar da olur. İşimizin daha da sürətlənməsini istəyərdim. Amma hələ vaxtımız var. İnanıram ki, düşündüklərimizi həyata keçirə biləcəyik.

- Kevin Medinanın gedişindən sonra mərkəz müdafiəçisi transferi üçün danışıqlar gedir?

 - Çox ciddi danışıqlar gedir. İstərdik ki, tez alınsın. Amma bir az yubana da bilər.

 - Bundan sonra da komandadan gedənlər olacaq?

- Ola bilər.

- Heyətdəki dəyişiklikləri nəzərə alanda Avropa Liqasında I təsnifat mərhələsindən başlamağın daha yaxşı olduğunu düşünmək olar?

- Müsbət tərəfləri də var, mənfi tərəfləri də. Bəlkə də bir yerdə hazırlaşmaq üçün bizə daha çox vaxt lazım idi. Əlavə yoldaşlıq oyunları keçirsəydik, daha yaxşı olardı. Bizim təcrübəli oyunçularımız var. İnanıram ki, ilk oyuna yaxşı formada çıxa biləcəyik. Hansısa çətinliklər ola bilər. Çünki yeni komanda formalaşıb. Bu hallara hazır olmalıyıq.

- Neçə transfer olsa, sizi qane edəcək?

- Say olaraq deyə bilmərəm. Amma bir neçə mövqeyə oyunçu lazımdır.
 

- Gələn oyunçuların durumu sizi qane edir?

 - Hazırda pis deyil. Uyğunlaşmaq üçün bir az vaxt lazım olacaq.

- Bundan sonra hansı mövqelərə transfer gözlənilir?

- Hər mövqe üçün futbolçularla danışıqlar gedir.

- Yeni mövsümdə "Qarabağ”ın Avropada hədəfi nə olacaq?

- Hədəf eyni olaraq qalır. Ən azından Avropa Liqasının Liqa mərhələsində iştirak etmək istəyirik. İşimizi bunun üçün quracağıq.

- Zakaria Savonun gəlişindən sonra Kamilo Duran cinahda oynayacaq?

- Oyundan asılı ola bilər. Belə futbolçuların həm hücumun mərkəzində, həm də cinahda oynaması üstünlükdür. Çox istərdim ki, mənim düşündüklərim faydalı olsun.

 - Bu toplanışa əvəzedici komandadan çox futbolçu dəvət etmisiz. Demək olar ki, növbəti mövsümdə öz yetirmələrinizə daha çox şans verəcəksiz?

 - Maraqlı uşaqlar var. Onlar böyük ehtimalla bizimlə qalacaqlar. Çox istərdim ki, tez bir zamanda formalaşsınlar və əsas komandanın üzvləri olsunlar. Ümid etdiyim bir neçə futbolçu var.

 - Leandro Andrade və Fabian Buntiçin komandadan ayrılacağı ilə bağlı xəbərlər nə dərəcədə doğrudur?

- Hələ rəsmi bir şey yoxdur. Amma yaxın günlərdə nələrsə ola bilər.

- Bəhlul Mustafazadə Avropa Liqası oyununa kimi hazır olacaq?

- Ümumən pis deyildi. Bizimlə başlamışdı. Yüngül ağrılar hiss etdi. Ona görə bir az istirahətə ehtiyacı oldu. Avstriya toplanışına bizimlə başlaya bilər.

/qafqazinfo
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
10:13 26.09.2026
Prezident: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır
10:08 26.09.2026
Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
10:04 26.09.2026
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - VİDEO
“Bu, bizim inkişafımızın əsas istiqamətləridir”
09:59 26.09.2026
“Bu, bizim inkişafımızın əsas istiqamətləridir”
“Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir” - İlham Əliyev
09:58 26.09.2026
“Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir” - İlham Əliyev
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident
09:34 26.09.2026
“Bu gün iki mühüm müqavilə imzalanacaq” - Prezident
İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
09:32 26.09.2026
İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
“Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”
09:29 26.09.2026
“Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”
“Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
09:28 26.09.2026
“Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
"Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb"
09:25 26.09.2026
"Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb"
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
09:21 26.09.2026
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - Canlı
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
06:24 26.09.2026
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
Tramp Çinə gedir: Si Cinpinin dəvətini qəbul etdi
03:49 26.09.2026
Tramp Çinə gedir: Si Cinpinin dəvətini qəbul etdi
İraqdan İrana bütün uçuşlar dayandırıldı
02:32 26.09.2026
İraqdan İrana bütün uçuşlar dayandırıldı
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
01:19 26.09.2026
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
01:17 26.09.2026
Türkiyənin "Adriana Lima"sı saxlanıldı