"Qürurlu tariximiz!"

"Qürurlu tariximiz!"
SİYASƏT
23:05 06.03.2021
754
Təxminən bir həftə öncə Azərbaycan Prezidenti İlham Əliyev Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar azərbaycanlı, türk və xarici jurnalistlərlə mətbuat konfransı keçirdi. 24 televiziya kanalı vasitəsilə canlı yayımlanan və dünyanın dörd bir yanından 100-ə yaxın jurnalistin qatıldığı mətbuat konfransında Azərbaycan Prezidenti media nümayəndələrinin suallarını 4 saat ərzində cavablandıraraq, dünya rekordunu qırdı. Prezident İlham Əliyev su belə içmədən bir-birinin ardınca 4 dildə verilən sualları hər jurnalistin öz dilində cavablandırdı. Azərbaycanın dövlət başçısı səmimiyyəti, hazırcavablığı, uzaqgörənliyi və zəkası ilə dünya mətbuatının rəğbətini qazandı. Qeyd edilən mətbuat konfransında cənab prezident bir çox məsələlərə toxundu. O, müxtəlif dinlərin və xalqların nümayəndələrinin dostluq şəraitində yaşadığı Azərbaycan həqiqətlərini dünya mətbuatı qarşısında bütün obyektivliyi ilə bəyan etdi. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun şanlı qələbəsi haqda da xüsusi olaraq danışdı. O vurğuladı ki, bu müharibədə Azərbaycan Ordusu müqəddəs bir amal, şanlı bir hədəf uğrunda mübarizə apardı. Heç kimə sirr deyil ki, düşmən 30 il işğalda saxladığı ərazilərimizdə güclü müdafiə zolaqları qurmuşdu. Düşmənin yaratdığı bütün maneələrə baxmayaraq, Müzəffər Ordumuz düşmənin qurduğu müdafiə zolaqlarını darmadağın etdi. Hədəf ərazi bütövlüyümüzün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdi. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdi. Amma şəhidlərimizin qanını yerdə qoymadıq və düşməndən intiqamımızı döyüş meydanında aldıq. Televiziyadan, mətbuatdan da gördüyümüz kimi döyüş meydanında, gecə-gündüz təlimlər keçirilirdi. Qələbəmizdə birliyimiz də mühüm rol oynadı. Cənab Ali Baş Komandan göstərdiyi dəmir yumruq kimi birləşdik, böyükdən kiçiyə hər kəsin bir şüarı var idi - QARABAĞ AZƏRBAYCANDIR! Xalqımız böyük iradə, birlik, həmrəylik nümayiş etdirdilər.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir. Vətən müharibəsində onların hər biri dözüm, peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirdilər. 30 ilə yaxın müddətdə düşmənin talan edib viran qoyduğu Vətən torpaqları 44 günlük müharibədə Azərbaycan Ordusunun misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı nəticəsində işğaldan azad edildi. Bu müharibə ordumuza yeni təcrübə qazandırdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qalib xalqın şanlı Ordusu Vətənini hər zaman qorumağa davam edəcək.

Aslan Mehdiyev

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər