AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, çəkisi 17-20 kiloqram olan quzuların əti əsasən 20-21 manata satıldığı halda, 10-12 kiloqramlıq əmlik heyvanın kiloqramı 23-25 manata qədər yüksəlir.
Satıcılar bildirirlər ki, qiymət çəkiyə, quzunun növünə və alış qiymətinə görə formalaşır.
Qiymət artımı alıcıların seçimlərinə də təsir edib. Onlar deyirlər ki, əvvəlki illərlə müqayisədə indi eyni məbləğə daha az ət almaq mümkün olur. Xüsusilə əmlik quzunun əti artıq hər büdcəyə uyğun məhsul sayılmır.
Qeyd edək ki, son aylarda ölkəyə ət idxalı artıb. Bu isə bazarda təklifin azalmasının qarşısını alan amillərdən biri hesab olunur. Əks halda, xüsusilə yerli istehsaldan asılı olan quzu ətinin qiymətinin daha da baha olması istisna deyildi.











































