Rövnəq Abdullayevin penalti zərbələri - FOTOLAR

Rövnəq Abdullayevin penalti zərbələri - FOTOLAR
İDMAN
18:43 19.05.2011
2119


Tədbiri təhsil nazirinin müavini, AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Qasımov açaraq, iştirakçıları salamlayıb və yeni idman bazası barədə ətraflı məlumat verib.

Təhsil naziri Misir Mərdanov çıxışında bildirib ki, bu idman bazasının istifadəyə verilməsi uşaq futbolunun inkişafı naminə AFFA və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəalarının yerinə yetirilməsi istiqamətində atılmış növbəti addımlardan biridir.

Sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev çıxış edib: “Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəalarına uyğun olaraq bir çox işlər görülür. Futbolun kompleks şəkildə inkişafı məqsədilə AFFA tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Uşaq futbolunun inkişafı məqsədilə AFFA-nın U-13, U-14, U-15, U-17, həmçinin U-16 qızlar Liqası təşkil olunub. AFFA və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı, Sumqayıt və Qəbələ şəhərlərində “Məktəbli kuboku” turniri keçirilir”.

Abdullayev bildirib ki, bu bazada gələcəyin futbolçularının yetişəcəyinə inanır: “Bu gün açılış mərasimi keçirilən idman bazasının inşa olunması AFFA ilə Təhsil Nazirliyi arasında futbolun inkişafı məqsədilə həyata keçirilən layihələrdən biridir. Uşaqların müasir tələblər səviyyəsində futbolla məşğul olması üçün bu bazada hər cür şərait yaradılıb. Ümid edir və inanıram ki, burada təhsil alan uşaqlar arasından gələcəkdə müxtəlif tanınmış klubların, həmçinin milli komandamızın heyətində çıxış edən futbolçular yetişəcək. Burada çalışan müəllim-məşqçi heyətinə və idmanla məşğul olan uşaqlara uğurlar arzulayıram”.

Gənclər və idman naziri Azad Rəhimov respublikamızın bütün bölgələrində müasir tələblərə cavab verən səviyyədə idman qurğularının inşasını və “Vətən” Futbol Məktəbinin yeni idman bazasının istifadəyə verilməsini təqdirəlayiq hal kimi qiymətləndirib, ölkə idmanının inkişafına belə bir töhfə verdiyinə görə AFFA və Təhsil Nazirliyinə minnətdarlıq edib.

Çıxışlar başa çatdıqdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev, veteran futbolçu, AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və təhsil nazirinin müavini, İcraiyyə Komitəsinin üzvü Elmar Qasımov yeni idman bazasının meydançasında penalti zərbəsi vurublar.

Sonra idman bazasına baxış keçirilib. AFFA-nın prezidenti Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov və gənclər və idman naziri Azad Rəhimov “Qonaqlar kitabı”na ürək sözlərini yazıblar.

Qeyd edək ki, “Vətən” Futbol Məktəbinin yeni bazasında eyni vaxtda 22 nəfər qala bilər. Bazada inşa olunmuş 90x50 m. ölçülərinə malik stadionun azarkeş tutumu 500 nəfərdir. Burada 6 paltardəyişmə otağı, qazanxana, trenajor zalı və sauna inşa olunub. Uşaqların valideynləri üçün ayrıca kafe-çayxananın fəaliyyət göstərdiyi bazada xüsusi mühafizə sistemi də quraşdırılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mirziyoyev İlham Əliyevin Özbəkistana dövlət səfərinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib
18:28 23.08.2026
Mirziyoyev İlham Əliyevin Özbəkistana dövlət səfərinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub
18:25 23.08.2026
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
18:20 23.08.2026
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib
18:17 23.08.2026
İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib
Hikmət Hacıyev Nizami Gəncəvi adına Özbəkistan Milli Pedoqoji Universitetinin yeni binasından paylaşım edib - VİDEO
18:09 23.08.2026
Hikmət Hacıyev Nizami Gəncəvi adına Özbəkistan Milli Pedoqoji Universitetinin yeni binasından paylaşım edib - VİDEO
Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötüb
18:06 23.08.2026
Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötüb
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
17:59 23.08.2026
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər
17:53 23.08.2026
El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər
Zelenski Ukraynada seçki keçirilməsi ideyasını sərt tənqid edib
17:47 23.08.2026
Zelenski Ukraynada seçki keçirilməsi ideyasını sərt tənqid edib
Şavkat Mirziyoyev: “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır
17:42 23.08.2026
Şavkat Mirziyoyev: “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır
Özbəkistanda Nizami Gəncəvi adına Universitetin binası açılacaq
17:37 23.08.2026
Özbəkistanda Nizami Gəncəvi adına Universitetin binası açılacaq
İlham Əliyev Mərkəzi Asiya və Azərbaycanı vahid geosiyasi region adlandırıb
17:32 23.08.2026
İlham Əliyev Mərkəzi Asiya və Azərbaycanı vahid geosiyasi region adlandırıb
İlham Əliyev Özbəkistan Prezidentinin Qarabağa investisiyaların cəlb edilməsində xüsusi rolunu qeyd edib
17:28 23.08.2026
İlham Əliyev Özbəkistan Prezidentinin Qarabağa investisiyaların cəlb edilməsində xüsusi rolunu qeyd edib
“Zəngəzur dəhlizi layihəsi fəal şəkildə həyata keçirilir”
17:26 23.08.2026
“Zəngəzur dəhlizi layihəsi fəal şəkildə həyata keçirilir”
Şavkat Mirziyoyev Vaşinqton görüşünün nəticələrini İlham Əliyevin diplomatiyasının qələbəsi adlandırıb
17:20 23.08.2026
Şavkat Mirziyoyev Vaşinqton görüşünün nəticələrini İlham Əliyevin diplomatiyasının qələbəsi adlandırıb
“Xəzərdə Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq”
17:16 23.08.2026
“Xəzərdə Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq”