Rabitə və kommunal xidmət haqlarının ödənilməsi sadələşdi

Rabitə və kommunal xidmət haqlarının ödənilməsi sadələşdi
Bütün Xəbərlər
19:50 20.05.2013
1944
Artıq vaxta qənaət etməklə, internet şəbəkəsi açıq olan istənilən yerdən rabitə və kommunal xidmət haqlarının internet üzərindən ödənilməsi mümkündür.AZXEBER.COM-un "ictnews.az"a istinadən verdiyi məlumata görə, bunun üçün “www.e-gov.az” Elektron Xidmətlər Portalına daxil olub, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlər siyahısından “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətin adını seçməlisiniz.Açılan formanın içində vətəndaşa və ya başqa adama məxsus olan şəhərdaxili telefon nömrəsini daxil etdikdən sonra, müxtəlif xidmətlər üçün olan borcları internet üzərindən ödəyə bilər.Bu linkə daxil olmaqla sözü gedən xidmətdən yararlanmaq mümkündür:https://www.e-gov.az/login/?service=voen9900037691-complex.paywithGoldenpay.v1
OXŞAR XƏBƏRLƏR