Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR

Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
İQTİSADİYYAT
17:19 18.09.2026
80
Rabitəbank filial şəbəkəsini genişləndirərək müştərilərinə daha yaxın olmaq və bank xidmətlərinə əlçatanlığı artırmaq istiqamətində növbəti addım atıb. Bankın sayca 32-ci filialı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Bakıxanov Mall” ticarət mərkəzində fəaliyyətə başlayıb.

Yeni filialın açılışı Rabitəbankın müştəriyönümlü inkişaf strategiyasının, xidmət keyfiyyətinin yüksəldilməsi və bankçılığın gündəlik həyata daha rahat inteqrasiyası istiqamətində həyata keçirdiyi təşəbbüslərin davamıdır. Paytaxtın aktiv yaşayış və ticarət məkanlarından birində yerləşən filial fərdi müştərilərlə yanaşı, sahibkarlar üçün də geniş maliyyə imkanlarını vahid məkanda birləşdirir.

Müasir bankçılıq konsepsiyasına uyğun qurulan filialda istehlak və biznes kreditləri, əmanətlər, ödəniş kartları, pul köçürmələri, kassa-hesablaşma və valyuta əməliyyatları da daxil olmaqla geniş çeşiddə bank xidmətləri təqdim olunur. Rəqəmsal həllərlə inteqrasiya olunmuş xidmət infrastrukturu, funksional dizayn və rahat xidmət zonaları müştərilərin maliyyə əməliyyatlarını daha sürətli və səmərəli şəkildə həyata keçirməsinə şərait yaradır.

Yeni filialın rəsmi açılış mərasimində Rabitəbankın rəhbər heyəti, yerli sahibkarlar və bank rəsmiləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov bankın inkişaf strategiyasında müştəri məmnuniyyətinin, xidmətlərin əlçatanlığının və rəqəmsal transformasiyanın mühüm yer tutduğunu vurğulayıb:"Rabitəbank olaraq inkişaf strategiyamızda müştərilərimizin dəyişən ehtiyaclarını və gözləntilərini əsas götürürük. "Rabita Mobile”, "Rabita Junior” və "Rabita Business” tətbiqləri, eləcə də İnternet Bankçılıq platformamız vasitəsilə rəqəmsal xidmətlərimizi inkişaf etdirərkən, müştərilərimizə daha yaxın olmaq üçün filial şəbəkəmizi də genişləndiririk.

Ötən ilin bu dövründə Xankəndi filialımızın açılışını həyata keçirdik. Qarabağda fəaliyyətə başlamaq Rabitəbank olaraq bizim üçün xüsusi qürur və mənəvi dəyər daşıyırdı. Bu gün isə Dövlət Suverenliyi Günü ərəfəsində Bakıxanov filialımızın açılışını həyata keçirməkdən böyük məmnunluq duyuruq. İnanırıq ki, yeni filialımız müştərilərimiz və sahibkarlarımız üçün yeni imkanlar yaradacaq, tərəfdaşlarımız və səhmdarlarımız üçün əlavə dəyər formalaşdıracaq, ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək. Məqsədimiz rəqəmsal bankçılığın sürətini peşəkar xidmət və fərdi yanaşma ilə birləşdirərək bankçılığı müştərilərimizin gündəlik həyatının daha rahat və əlçatan hissəsinə çevirməkdir”.

Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi 132, "Bakıxanov Mall” ticarət mərkəzində yeni filialının fəaliyyətə başlaması ilə Rabitəbank paytaxtın daha bir ərazisində müştərilərinə geniş xidmət imkanları təqdim edir. Yeni filial ərazidə yaşayan sakinlərin gündəlik maliyyə əməliyyatlarını asanlaşdırmaqla yanaşı, yerli sahibkarların bank xidmətlərinə çıxışının genişləndirilməsinə də xidmət edəcək.

Məlumat üçün bildirək ki, "Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda "Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile”, "Rabita Junior” və "Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR