Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı şəxsin kimliyi açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı şəxsin azərbaycanlı tibb bacısı Rahimə Hacıyeva olduğu bildirilir.
58 yaşlı müğənni 32 yaşlı Rahimə ilə 2020-ci ildə tanış olub. Cütlüyün evlənməyə hazırlaşdığı bildirilsə də, toyun tarixi açıqlanmayıb.
Müğənni gələcək həya yoldaşını "Azərbaycanın şahzadəsi" adlandırıb.
Rafet El Romanın qızı da atasının gələcək həyat yoldaşı ilə tanış olduğunu və onu çox bəyəndiyini bildirib.
Gülay











































