Rafinyadan het-trik, "Barselona"dan beşqollu qələbə

Rafinyadan het-trik, "Barselona"dan beşqollu qələbə
İDMAN
21:56 29.11.2026
87
İspaniya La Liqasının XIV turunda "Deportivo" və "Barselona" komandaları üz-üzə gəliblər.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, La-Korunya şəhərindəki "Abanka-Riasor" stadionunda keçirilən görüş Kataloniya təmsilçisinin 1:5 hesablı səfər qələbəsi ilə başa çatıb. Qarşılaşmanın baş hakimi İs idro Dias de Mera Eskuderos olub.

Matçın ikinci dəqiqəsində "Barselona"nın vingeri Lamin Yamal hesabı açıb. Doqquzuncu dəqiqədə "Deportivo"nun hücumçusu Pyer-Emerik Obameyanq tarazlığı bərpa edib. 20-ci dəqiqədə yarımmüdafiəçi Dani Olmo Kataloniya təmsilçisini yenidən hesabda önə keçirib.

Görüşün 50-ci dəqiqəsində Rafinya meydan sahiblərinin qapısından üçüncü topu keçirib. Braziliyalı futbolçu 83-cü dəqiqədə dubl edib, 90+1-ci dəqiqədə isə het-trikini rəsmiləşdirərək matçın yekun hesabını müəyyənləşdirib - 1:5.
 
Bu nəticədən sonra "Barselona" 14 oyunda topladığı 39 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. 15 xalı olan "Deportivo" isə 11-ci pillədə yer alıb.

Növbəti turda "Deportivo" dekabrın 5-də səfərdə "Rasinq"lə, "Barselona" isə dekabrın 2-də doğma meydanda Madridin "Atletiko" klubu ilə qarşılaşacaq.
OXŞAR XƏBƏRLƏR