Səhiyyə Nazirliyinin Ekspertiza və Pataloji Anatomiya Birliyinin gəldiyi ilkin rəyə görə, ölümə Rafiq Tağının aldığı bıçaq yaraları səbəb olub.Birliyin direktoru Şakir Musayevin ANS-ə verdiyi məlumata görə, ölümə səbəb kəskin ağciyər iltihabıdır. “Bu aldığı travmanın -bıçaq yarasının nəticəsidir. Bu bizim ilkin diaqnozumuzdur. İndi laborator müayinələr üçün bütün zəruri biomaterillar götürülüb. hər şey hərtərfili yoxlanandan sonra son diaqnoz veriləcək. Çalışırıq ki, elə komponent hazırlansın ki, bütün məsələlərə aydınlıq gəlsin”.Qeyd edək ki, noyabrın 23-də vəfat edən yazıçı-publisist Rafiq Tağı bu gün Bakının Yasamal rayonu ərazisində yerləşən qəbiristanlıqda dəfn edilib. R.Tağı noyabrın 19-da axşam saatlarında hücuma məruz qalmışdı. Ona 6 bıçaq zərbəsi vurulmuşdu. Yaralının vəziyyəti 6 saat əməliyyat olunduqdan sonra nisbətən yaxşılaşmışdı.O, ANS kanalına müsahibə də vermişdi. Lakin dünən günorta saatlarında səhhəti qəflətən pisləşib və vəfat edib.