Mənəvi təmizlənmə və ibadət ayı olmaqla yanaşı, insanlara səbr etməyi və şükürlü olmağı öyrədən Ramazan ayının bir çox savab əməlləri vardır.
Qan vermək sağlamlıq üçün faydalıdır və bir çox mütəxəssis, qan verməyin ürək-damar sağlamlığına müsbət təsir etdiyini, bədəndə yeni qan hüceyrələrinin yaranmasına təkan verdiyini bildirir. Müğəddəs ay olan Ramazanda isə qan vermək daha məqsədəuyğun sayılır.
AZXEBER.COM Ramazan ayında ehtiyacı olan şəxslərə qan verməyin orucu pozub, pozmadığı ilə bağlı araşdırma aparıb.
Məlum olub ki, mütəxəssislər ehtiyacı olan xəstələrə qan verməyin oruclu şəxsin ibadətini pozan əməllər arasında olmadığını bildirirlər.
Lakin bədənə xaricdən qanın köçürülməsi qidalandırıcı və gücləndirici təsirə malik olduğundan, oruclu halda qan qəbul etmək orucunuzu pozacaqdır.
Qeyd edək ki, qan vermək savab əməllərdən sayıldığı üçün Ramazan ayında buna əməl etmək xüsusilə yaxşı hal olaraq qiymətləndirilir. Oruc tutan şəxs qan vermək istəyərsə, bunun üçün iftardan sonranı gözləmək daha məqsədəuyğun olmalıdır.
Aysel Hacızadə