Ramil düşməni "yatan yerdə" baltalamayıb!

Ramil düşməni "yatan yerdə" baltalamayıb!
SOSİAL
15:49 27.05.2020
2530
 
 Murad Köhnəqala

Bu yazı 2012-ci ildə "Gündəlik Teleqraf" qəzetində dərc ediləndən üç gün sonra Ramil Səfərov qəfil azad olunaraq, Bakıya gətirildi. Yazını avqustun 27-də yazmışam, Ramil isə avqustun 31-də Vətənə ekstradisiya edildi. Yadımdadı, redaksiyada bayram əhvalı yaranmışdı. Məqalədə Ramilin o qətli necə və nəyə görə törətməsini dəqiq faklarla yazmışam.

Yazının adı belə idi: RAMİL NECƏ BALTALADI?

Macarıstanın Kozma həbsxanasında Ramil Səfərov adlı bir igid oğlumuz çürüyür.
Cəbrayıl rayonu işğal olunandan sonra Ramilgilin ailəsi Bakıya köçür. 14 yaşlı Ramil Naxçıvanski adına hərbi liseyə daxil olur. Bacarığına və yüksək savadına görə onu Müdafiə Nazirliyinin sərəncamı ilə Türkiyənin İzmir şəhərində yerləşən Maltəpə hərbi litseyində təhsilini davam etdirməyə göndərirlər. Burada 4 il təhsil aldıqdan sonra Ankara Ali Hərbi Okuluna qəbul olur.

Ali Hərbi məktəbi əla qiymətlərlə bitirən Ramil Səfərov Türkiyənin özündə və Şimali Kiprdə hərbi sınaqdan keçir. Sınaq dövrünü müvəffəqiyyətlə başa vuran Ramil Vətənə dönür. Müdafiə Nazirliyi onu təcrübəli zabit kimi Gədəbəy sərhəd bölgəsinə göndərir. İngilis dilini bildiyinə görə onu NATO proqramı çərçivəsində Macarıstana, hərbi təkmilləşmə kursuna göndərirlər. Azərbaycanın hərb tarixində çox qiymətli yeri olacaq bu gəncin faciəsi də elə buradan başlayır.

NATO-nun bu proqramı çərçivəsində keçirilən kurslarda dünyanın bir çox ölkəsinin zabitləri, eləcə də Ermənistandan Qurgen Markaryan Ramillə birgə təhsil alırmış. İstintaq materiallarından, şahidlərin söyləmələrindən və Ramil Səfərovun özünün verdiyi ifadədən məlum olur ki, həmin erməni zabiti hər fürsətdə soydaşımızı başqa millətlərin zabitləri yanında aşağılamağa çalışırmış. Erməni Markaryan, torpaqları qoyub qaçmağımız, qorxaq olduğumuz haqda uzun-uzadı danışaraq Ramilin əsəbləri ilə oynayırmış. Ramilin dəfələrlə onu xəbərdar etməsinə baxmayaraq, erməni dil boğaza qoymurmuş. Ramil isə hər dəfə onun hədyanlarına tutarlı cavab verir, Qarabağ müharibəsində Rusiya qoşunlarının ermənilərin yerinə vuruşduqlarını xatırladıb, onun yersiz ədalarının qarşısını alırmış.

Belə polemikalarda uduzan erməni bir gün Ramillə mübahisədə təhqirə keçir. M üharibə dövründə çoxlu sayda qadınlarımızın erməni əsgərləri tərəfindən əsr götürüldüyünü deyərək, Ramilə həqarətlər yağdırır. Ramil onun bu sözlərinin cəfəngiyat olduğunu desə də, erməni soyumaq bilmir.
Bir gün Markaryan hər səhər çəkməsini Azərbaycan bayrağı ilə təmizlədiyini, bu hərəkətilə Azərbaycan dövlətini, xalqını təhqir etdiyini söyləyir. Erməninin sonuncu təhqirinə dözməyən Azərbaycan zabiti düşmənin layiqli cavabını vermək üçün onu öldürmək qərarına gəlir. Ramil yaxşı bilirdi ki, digər zabitlərin yanında it kimi şitlənən bu yekəpər erməni zabiti təklikdə qorxağın birinə çevrilir.

Gecə yatmaq vədəsində Ramil diktofon və paltarının altında gizlətdiyi balta ilə Markaryanın otağına gəlir və otaqda erməni ilə söhbətləşən macar zabitindən onları tək qoymasını xahiş edir. Ramillə təkbətək söhbətdən qorxan erməni, macar zabitinin otaqda qalmasını istəyir. Lakin Ramil macara bu söhbətin yalnız ikisinə aid olduğunu başa salır.

Erməni Ramilin üzündəki ifadədən anlayır ki, məsələ çox ciddidir. Ramil baltanı çıxararaq erməni zabitinin indiyə qədər danışdığı həqarətlərə görə üzr istəməsini tələb edir. Erməni gülərək, Ramili sakitləşdirib aradan çıxmaq istəyir. Ayağa qalxıb otağı tərk etmək istəyərkən Ramil balta ilə onun qarşısını kəsir. Özünü itirən qorxaq erməni zabiti Ramilə yalvararaq, elədiyi həqarətləri bir zarafat kimi qələmə vermək istəyir. Ramil isə ona: "Mənim səninlə belə zarafatım yoxdu, biz düşmən millətlərik, müharibəmiz də hələ davam eləyir, erməni vəhşilərinin ruslara arxalanıb başımıza gətirdikləri müsibətlər uşaqlıqdan hafizəmə həkk olunub. Mən zabitlik məktəbini yalnız qisasçılıq üçün seçmişəm. İndi bu diktofonu işə salıram. Mənim xalqımı təhqir etdiyinə görə üzr istəməlisən və dediklərinin öz xalqın haqda olduğunu burda öz dilinlə deməlisən!”,- deyir.

Erməni diktofon qarşısında bayrağa və təhqir etdiyi şəhidlərimizə görə üzr istəyir. Sonra da ucadan öz millətini təhqir eləyir. Ramil ona: "Güllə ilə öldürmək səni şərəfləndirərdi! Sən murdar bir vəhşi kimi yalnız baltalanmalısan! Mənim bayrağımı təhqir edən və qorxusundan dönüb öz millətini söyən bir zabitin yaşamaq haqqı yoxdu!”- deyib, onu baltalayır...

P.S. Yazdakı faktlar jurnalist xanım Arzu Abdullanın Ramin Səfərovun doğum günü ərəfəsində atası Sahib Səfərovdan "Gündəlik Teleqraf" qəzeti üçün aldığı müsahibədən götürülüb. Atasının söylədiyinə görə diktofon yazısını Ramil görüşlərin birində azərbaycanlı vəkili Adil İsmayılova verib və həmin səs yazısını atası şəxsən dinləyib.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
HAMAS keçid mərhələsində Qəzzada nəzarəti saxlamaq niyyətindədir
10:52 18.10.2025
HAMAS keçid mərhələsində Qəzzada nəzarəti saxlamaq niyyətindədir
O da atası kimi adını villasına həkk etdirib - FOTO
10:49 18.10.2025
O da atası kimi adını villasına həkk etdirib - FOTO
Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir
10:44 18.10.2025
Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
10:40 18.10.2025
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb
10:37 18.10.2025
Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb
Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi
10:30 18.10.2025
Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi
Yol polisi sürücülərə müraciət edib
10:26 18.10.2025
Yol polisi sürücülərə müraciət edib
 İlham Əliyev: Qazaxıstanla siyasi münasibətlərimiz yüksək möhkəmliyə malikdir
10:24 18.10.2025
İlham Əliyev: Qazaxıstanla siyasi münasibətlərimiz yüksək möhkəmliyə malikdir
Azərbaycan lideri: Bu gün Xəzər dənizi təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üzləşir
10:21 18.10.2025
Azərbaycan lideri: Bu gün Xəzər dənizi təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üzləşir
Prezident: TDT Azərbaycan və Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsində əsas rol oynayır
10:17 18.10.2025
Prezident: TDT Azərbaycan və Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsində əsas rol oynayır
ABŞ-nin Kolumbiyadakı səfirliyinə hücum edilib, xəsarət alanlar var
10:15 18.10.2025
ABŞ-nin Kolumbiyadakı səfirliyinə hücum edilib, xəsarət alanlar var
Bakıda gənc iş adamı idman zalında qəfildən ölüb
10:13 18.10.2025
Bakıda gənc iş adamı idman zalında qəfildən ölüb
Birinci xanımın Roma Papası ilə görüşünü işıqlandırdılar - FOTOLAR
10:08 18.10.2025
Birinci xanımın Roma Papası ilə görüşünü işıqlandırdılar - FOTOLAR
Kolumbiyada etirazçılar ABŞ səfirliyinə hücum ediblər
10:05 18.10.2025
Kolumbiyada etirazçılar ABŞ səfirliyinə hücum ediblər
Müdafiə Nazirliyi: Müstəqilliyimiz əbədi, dövlətimiz sarsılmazdır!
09:55 18.10.2025
Müdafiə Nazirliyi: Müstəqilliyimiz əbədi, dövlətimiz sarsılmazdır!
Şahdağa qar yağıb
09:53 18.10.2025
Şahdağa qar yağıb