Ramil Səfərovdan xəbər var – FACEBOOK STATUSU

Ramil Səfərovdan xəbər var – FACEBOOK STATUSU
Bütün Xəbərlər
00:01 23.08.2012
3171

Ramil Səfərov həbsxanadan Qənirə Paşayevaya zəng vurub.

AZXEBER.COM-un məlumatına görə, millət vəkili bu barədə öz rəsmi “facebook” səhfəsində status yazıb. Statusu olduğu kimi təqdim edirik:

“Azərbaycanın Qəhrəman oğullarından biri, bu gün Macarıstanda həbsxana həyatı yaşayan Ramil Səfərov zəng etmişdi. Onun adından hamının Ramazan bayramını təbrik etməmizi və bütün Azərbaycana və Azərbaycan Türklərinə mutluluq və uğurlar dilədiyini söylədi. Biz də hamımızın adından onun bayramını təbrik etdik və insanlarımızın onun gələn Ramazan bayramını ailəsi və əzizləri ilə birlikdə keçirməsi üçün dua etdiyini də söylədik. Həbsxanada olsa da oruc tuta bildiyini, bir sıra müsəlman həbsxana yoldaşları ilə bayramn namazı qıla bildiyini və bunun üçün onlara imkan yaradıldığını da vurğuladı.. Hər zamankı kimi heç zaman ruhdan düşməyən səs tonu ilə danışırdı. Həbsxanada macar dilindən Azərbaycan dilinə çevirdiyi 3-cü kitabını başa çatdırmaq üzərə olduğunu və yaxın zamanlarda nəşr üçün göndərəcəyini dedi.. Vaxtının çoxunu kitab oxumağa və tərcümələrə sərf etsə də təbii ki, yaxınları və Azərbaycan üçün darıxır.. Özü çox biruzə verməsə də bunu hiss etmək çətin deyil. İmkan tapanda internet vasitəsilə Azərbaycanla bağlı məlumatları izləyir. Telefonla ona ayrılan vaxt limitinin sonuna qədər Azərbaycanı soruşdu, suallar verdi və fikir mübadiləsi apardıq. Hər bayramda demək olar ki, zəng edir Ramil və hər kəsin bayramını təbrik edir. Təssüf ki, həbsxanada ona zəng etməmiz mümkün deyil və təbii ki, hamımız onun üçün dua edirik ki, yaxın zamanlarda doğmaları, əzizlərinin yanına qayıda bilsin..Ramil əsil vətəndaşdır. Onunla həbs olunandan qısa müddət sonra həbsxanada görüşəndə heç yadımdan çıxmaz belə demişdi. " Vətən, Bayraq bizim şərəfimiz, namusumuzdur. Nəinki düşmənlərimizin, heç kəsin ona həqarət etməsinə icazə verməməliyik" .Allah qapını açsın Ramil. İnanıram ki, Allah səni dualarına çatdıracaq...”

OXŞAR XƏBƏRLƏR