Ramil Səfərovla Rövşən Əkbərov Gəncədə – FOTOLAR

Ramil Səfərovla Rövşən Əkbərov Gəncədə – FOTOLAR
Bütün Xəbərlər
18:03 13.03.2015
12891
Bu gün Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə faşizm üzərində qələbənin 70 illiyinə həsr edilmiş “Ordu ilə xalq birdir” devizi ilə keçirilən bədii-təşviqat marafonuna start verilib.Açılış tədbirində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev,Azərbaycanın sabiq müdafiə naziri, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri,ehtiyatda olan general-mayor Dadaş Rzayev, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov, Milli Qəhrəman Ramil Səfərov, Müdafiə Nazirliyinin rəsmiləri, Böyük Vətən müharibəsi iştirakçıları, eləcə də şəhər ictimaiyyəti iştirak ediblər.
Tədbir Gəncənin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb.İştirakçılar ümummilli liderin abidəsi önünə gül dəstələri qoyublar. Sonra tədbir Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə- kompleksin önündə davam etdirilib. Burada aktyorların ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildikdən sonra, sinəsini orden və medallar bəzəyən müharibə iştirakçıları arasında görüş keçirilərək, xatirə şəkli çəkilib.
Bədii-təşviqat marafonu Heydər Əliyev park-kompleksindəki möhtəşəm “Zəfər tağı “qarşısında. Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən mahnı və rəqs ansamblının çıxışı ilə davam edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq, “Ordu ilə xalq birdir” devizi altında keçirilən bədii-təşviqat marafonunun Gəncədən başlamasını şəhər sakinləri üçün əlamətdar hadisə adlandırıb.
Sonra müstəqil Azərbaycanın ordu quruculuğunda qazanılan uğurlardan danışan Elmar Vəliyev deyib ki, indi Azətrbaycan Ordusu nəinki regionda, eləcə də dünyada ən güclü ordulardandır.Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəindən daha da təkmilləşdirilərək ən müasir döyüş texnikasına sahib olan ölkəmiz işğal olunmuş torpaqlarımızı hər an düşməndən azad etməyə hazırdır.
Respublika Veteranlar Şurasının sədri Dadaş Rzayev ulu öndərin müharibə veteranlarına böyük qayğı və diqqətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin tərəqqisi və xalqımızın firavanlığı naminə genişmiqyaslı fəaliyyətindən, Gəncədə görülən möhtəşəm işlərin çox böyük qürur yaratmasından, Ali Baş Komandanımızın rəhbərliyi ilə ərazi bütövlüyümüzün tezliklə təmin olunacağından danışıb. Azərbaycan Respublikası Veteranlar Şurasının diplomunu Gəncə şəhər İçra Hakimiyyətinin başçısı Elmar Vəliyevə təqdim edib.
Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyorları dahi mütəfəkkir, şair Nizamı Gəncəvinin, igid sərkərdələr Cavad xanın, Nuru Paşanın obrazlarında xalqımızın qəhrəmanlıq tarixini canlandırıblar.
Sonda Azərbaycanın görkəmli incəsənət ustaları Mübariz Tağıyevin, Zaur Rzayevin, Gülyanaq və Gülyaz Məmmədovaların, Zümrüd Məmmədovanın, şəhərimizin musiqi, mədəniyyyət və incəsənət kollektivlərinin geniş proqramla konserti olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama