Onu iki mühafizəçi müşayiət eləyib Azərbaycana ekstradisiya olunub əfv edildikdən sonra ictimaiyyət arasında görünməyən Ordumuzun mayoru Ramil Səfərov bu gün Mərkəzi Klinik Xəstəxanada olub. “Qafqazinfo”nun məlumatına görə, Ramil Səfərov bu saatlarda sözügedən xəstəxanaya iki mühafizəçi ilə gəlib. Saytımızın həmin xəstəxanada olan əməkdaşının məlumatına görə, Ramil Səfərovun xəstəxanaya gəlməsinə səbəb Pərviz adlı yaxın dostunun orada vəfat etməsidir. Artıq zabitimizlə yanaşı mərhumun yaxınları da xəstəxanaya gəliblər. Qeyd edək ki, Ramil Səfərov hazırda Azərbaycanın hərbi məktəblərinin birində çalışır.