Bu gün günün ikinci yarısında daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralovun iştirakı ilə Bakı şəhər Baş Polis İdarəsində İctimai Palata adlandırılan qurumun aprelin 2-də keçirdiyi qanunsuz aksiya ilə bağlı başlanmış cinayət işi üzrə geniş istintaq-əməliyyat müşavirəsi keçirilib.
Məlumata görə, 2 saatdan artıq davam edən müşavirədə həmin aksiyanın təşkilatçıları və fəal iştirakçılarının cinayət məsuliyyətinə cəlb edilməsi məsələləri ilə bağlı geniş müzakirələr aparılıb.