Ramiz Əzizbəyli: "Əminəm ki, bu festivala gənclərin marağı çox böyük olacaq" (EKSKLÜZİV AÇIQLAMA)

Ramiz Əzizbəyli: "Əminəm ki, bu festivala gənclərin marağı çox böyük olacaq" (EKSKLÜZİV AÇIQLAMA)
GƏNCLİK
10:10 27.07.2011
2211

Festivalla bağlı Xalq artisti, professor, Mədəniyyət və İncəsənət Universitetinin estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri Ramiz Əzizbəyli AZXEBER.COM-a eksklüziv açıqlama verib. O teatr festivalının əhəmiyyətindən danışıb: “Mən bu layihəyə görə çox sevinirəm. Çox sevindirici haldır ki, bu teatr festivalı Azərbaycanın Milli Qəhrəmanı, vətən, torpaq naminə öz şirin canından keçmiş Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunur. Mən özüm ilin əvvəlində Mübariz İbrahimovun evində oldum, onun valideynləri ilə söhbət etdim. Hər bir azərbaycan vətəndaşı, azərbaycanı gənci Mübariz kimi öz vətənini sevməlidir, öz vətəninə sadiq olmalıdır. Vətənpərvərlik, vətənə bağlılıq hər bir azərbaycanlının içində olmalıdır”. 

Ramiz Əzizbəyli teatr festivalının keçirilməsində gənclərin aktivliyinin də təqdirəlayiq hal olduğunu deyib: “Çox sevindirici məqamdır ki, bu layihənin keçirilməsində gənclər əsas rol oynayır. Səhv etmirəmsə bu gənclərin təşəbbüsüdür. Məncə yaşı nisbətən çox olan insanların həyat təcrübəsi, dünyagörüşü, vətənə bağlılığı yetərincə olur. Bu məsələdə əsas gənclərlə işləmək lazımdır. Onlarda vətənə, millətə sevgi aşılamaq hər birimizin borcu olmalıdır. Əminəm ki, bu festivala gənclərin marağı çox böyük olacaq. Biz sənət adamları da bu layihəyə canla-başla kömək etməyə hazırıq. Şəxsən öz adımdan deyirəm ki, əgər təklif gəlsə böyük məmnuniyyətlə münsiflər heyətində əyləşib, istedadlı gəncləri seçərəm”.

Qeyd edək ki, layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyevadır. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur.

Layihədə iştirak etmək istəyən 35 yaşınadək gənclər ssenarilərini və qrup üzvlərinin koordinatlarını [email protected] elektron ünvanına göndərə bilərlər. Ssenarilər hekayə, roman, pyes şəklində ola bilər. Layihənin media tərəfdaşları arasında AZXEBER.COM İnformasiya portalı da var.

Hacıbəy Heydərli 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım