Ramiz Abutalıbovun nəşi Moskvadan Bakıya yola salındı

MƏDƏNİYYƏT
16:45 03.01.2022
386
Yanvarın 1-də Rusiya paytaxtında vəfat edən tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi dəfn olunmaq üçün Vətənə yola salınıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, mərhumun nəşi bu gün Moskvanın Domodedovo hava limanından Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə Moskvadan Bakıya göndərilib.

Ramiz Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir ki, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Görkəmli diplomat sabah Bakıda II Fəxri xiyabanda dəfn olunacaq.

OXŞAR XƏBƏRLƏR