Ramiz Əzizbəyli: “6 aydır ki, ayaqlarımı masaj etdirirəm, amma heç bir faydası yoxdur”.
Azərbaycanın xalq artisti, məşhur aktyor Ramiz Əzizbəylinin səhhəti kəskin pisləşib.
AZXEBER.COM-un məlumatına görə, bu barədə sosial şəbəkələrdə aktyora yaxın olan şəxslər tərəfindən məlumatlar yazılıb.
AZXEBER.COM portalı olaraq xalq artistinin özü ilə əlaqə saxladıq. R.Əzizbəyli yayılan xəbərləri doğrulayıb:
“Yaydan bu yana ayaqlarım iflic olub. 6 aydırki həkim masaj yazıb, mən də elətdirirəm. Arada İrana da getdim. Amma heç bir faydası yoxdur”.
Aktyor əməliyyat olunmayacağını, sadəcə müalicəyə ehtiyyacı olduğunu deyib.












































