Ramiz Mehdiyev: Rusiya və Azərbaycan arasında münasibətlər inkişafın zirvəsindədir

Ramiz Mehdiyev: Rusiya və Azərbaycan arasında münasibətlər inkişafın zirvəsindədir
Bütün Xəbərlər
17:58 24.11.2011
1278
Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin Azərbaycanı oktyabrda BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsi fonunda beynəlxalq arenada addımların əlaqələndirilməsi üzrə iki ölkənin birgə işini fəallaşdırmağa çağırıb. Bu barədə cümə axşamı Trend "RİA Novosti"yə istinadən məlumat verir.BMT-nin Baş Assambleyası oktyabrın sonunda Azərbaycanı növbəti iki il üzrə TŞ-yə yeni qeyri-daimi üzv seçib."Bununla əlaqədar olaraq, beynəlxalq arenada bizim addımlarımızın əlaqələndirilməsi baxımından daha çox birgə işimiz yaranır. Buna görə də işləmək, işləmək, yenə də işləmək lazımdır", - Narışkin azərbaycanlı həmkarı Ramiz Mehdiyevlə görüşündə bildirib.Görüşdə Narışkin və Mehdiyev ikitərəfli münasibətləri, eləcə də beynəlxalq problemləri müzakirə ediblər."Biz bu yaxınlarda oktyabrda Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda görüşmüşük", - Narışkin bildirib. O qeyd edib ki, Forum beynəlxalq mənada hadisəyə çevrilib və xarici ölkələrdə geniş rəy yaradıb."Biz güman edirik ki, bu layihəni birgə davam etdirəcəyik", - o deyib.Narışkin, həmçinin, Moskvada Azərbaycan diasporunun konqresinin keçirilməsini böyük hadisə adlandırıb.Öz növbəsində, Ramiz Mehdiyev qeyd edib ki, iki ölkənin başçıları Azərbaycan və Rusiya arasındakı qarşılıqlı fəaliyyətə çox yaxşı təkan veriblər."Bu, münasibətlərin möhkəmləndirilməsi və inkişafı üçün yaxşı əsasdır", - o vurğulayıb.Mehdiyevin sözlərinə görə, Rusiya və Azərbaycan arasında münasibətlər özünün inkişafının zirvəsindədir."İki ölkə arasında həll edilməyən problemlər yoxdur, bütün problemlər dostluq əsasında, vaxtında həll edilir", - Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri bildirib.
OXŞAR XƏBƏRLƏR