Rauf Mərdiyev: ““İrəli” üzvlərinin də aktiv iştirak etdiyi “#cemilhani haştaqı”na olan ictimai maraq ölkə gəncliyinin iqtidara dəstəyi kimi qəbul oluna bilər”
Son günlər müxtəlif sosial şəbəkələrdə, xüsusən “Twitter”də hakimiyyəti dəstəkləyən gənclər Milli Şuranın vahid namizədi Cəmil Həsənli ilə bağlı kampaniyaya start veriblər. Cəmil Həsənlinin passivliyi və mətbuatla təmasdan yayınmasının tənqid olunduğu “cemilhani haştaqı” “Twitter”də reytinq qırır. “İrəli” İctimai Birliyində təmsil olunan gənclərin aktiv iştirak etdiyi “#cemilhani haştaqı”na müxalifətçi gənclərin qoşulması isə cəmiyyətdə xüsusi maraqla qarşılanıb.
“İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev editor.az-a açıqlamasında bu kampaniyanın cəmiyyətdən gələn bir sifariş olduğunu söyləyib:“
“İrəli” İctimai Birliyi üzvlərinin də yaxından iştirak etdiyi bu aksiya cəmiyyətdə coşğu ilə qarşılanıb. “Twitter” sosial şəbəkəsində bütün reytinqləri qıran, indiyə qədər sosial şəbəkələrdə paylaşılan ən oxunaqlı xəbərləri belə arxada qoyan “#cemilhani haştaqı” əslində ölkə gəncliyinin müxalifətin vahid namizədinə haqlı sualı kimi də qəbul oluna bilər. Bu gün özünü aparıcı müxalifət birliyi adlandıran, seçkilərin favoriti olduğunu deyən bir qurum, Milli Şura artıq öz məğlbuiyyəti ilə barışırsa, onun vahid namizəd kimi irəli sürdüyü şəxs siyasi proseslərdən kənarda dayanmağa və mətbuatla təmasdan yayınmağa çalışırsa, bu artıq onunla bağlı məsələnin ictimailəşməsinə zəmin yaradır. Bu mənada “#cemilhani haştaqı”nın geniş auditoriyanı əhatə etməsi gözlənilən idi və bu həm də ölkə gəncliyinin Azərbaycan iqtidarına dəstəyi kimi qəbul edilə bilər”.
AZXEBER.COM