Rəbiyyət Aslanova: ‘Gəncləri radikallığa cəlb edənlər cinayətkardır’

Rəbiyyət Aslanova: ‘Gəncləri radikallığa cəlb edənlər cinayətkardır’
Bütün Xəbərlər
13:18 27.12.2012
950

Xəbər verdiyimiz kimi, ölkə başçısı İlham Əliyev dekabrın 26-da növbəti əfv sərəncamı imzalayıb.Siyahıda vicdan məhbuslarından Vidadi İsgəndərli, Şahin Həsənli, Taleh Xasməmmədov, jurnalistlərdən Aydın Canıyev, Anar Bayramlının adları var.

Məsələ ilə bağlı AZXEBER.COM portalı olaraq Milli Məclisinin deputatı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanovanın münasibətini öyrənib. Millət vəkili növbəti əfv fərmanını yüksək qiymətləndirib:

“Əlbəttə, növbəti əfv sərəncamının imzalanması yüksək humanizmin göstəricisidir. Bu sərəncam birinci dəfə imzalanmır. Bilirsiniz ki, cənab prezident mütəmadi olaraq əfv sərəncamları imzalayır. Bununla da cənab prezident neçə-neçə insanları sevindirir. Bu da həmin cəza çəkən insanların yeni ildə, bayram axşamı öz doğmalarının yanında olmasına, onların sevinməsinə səbəb olur. Bu, çox vacib məsələdir. Və mən inanıram ki, həmin əfv olunan şəxslərin özləri və yaxınları cənab prezidentin bu humanist addımını dəyərləndirəcəklər. Bu, prezidentimizin hər bir Azərbaycan ailəsinə, vətəndaşına göstərdiyi qayğının nümunəsidir”.

Rəbiyyət Aslanova son günlər bəzi gənclərin radikallaşmasından da danışıb. Rəbiyyət xanım bu gənclərdən öz ambisiyaları üçün istifadə edən şəxsləri cinayətkar adlandırıb:

“Mən bu gün çox təəssüf edirəm ki, Azərbaycanda ayrı-ayrı qüvvələrin təsiri altına düşən gənclər də var. Bu gənclərə düzgün istiqamət verilməsi, onlara düzgün təhsilin verilməsi gələcəkdə həmin gənclərin dövlətini, millətini sevməsinə səbəb olur. Ancaq bəzən müxalifət qüvvələri bu cür gənclərdən istifadə edirlər. Ümumiyyətlə Azərbaycan gəncliyi çox zəkalı və potensiallı gənclikdir. Kimlərsə gəncliyin imkanlarından öz məqsədləri üçün istifadə edirsə, həmin insanlar çox böyük cinayət törədirlər. Gəncliyi ancaq quruculuğa yönəltmək lazımdı, dağıdıcılığa yox”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR