Münasibətlərdə hələ də müxtəlif, qətiyyətli və ya tərəddüdlü mövqelər olduğunu görmək əlbəttə, təəccüblüdür.
Bunu Gün.Az-a açıqlamasında Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevin “Milyarderlər İttifaqı” adlanan Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının (RATİ) ünvanına səsləndirdiyi ittihamlara sözügedən qurumun təsisçilərindən olan bəzi şəxslərin sərt tonda cavab reaksiyasına münasibətini bildirərkən dilə gətirib.“Məsələn, müxalifət nümayəndələrinə görə, sitat: “burada qeyri-adi nə var ki? Nəyə görə bu müzakirə mövzusu olmalıdır?”. Əslində, bu, hər bir vətəndaşın öz münasibətini bildirməli olan bir məsələdir”, - deyə, qeyd edən millət vəkilinin sözlərinə görə, dövlət başçısı İlham Əliyev dəfələrlə öz nitqlərində aydın şəkildə bəyan edir ki, bütün dünyada Azərbaycan əleyhinə olan qüvvələrin başında erməni diasporu dayanır.R.Aslanova bildirib ki, Dağlıq Qarabağda işğalçı müharibənin, torpaqlarımızın işğalının əsas səbəbkarı, on illər keçməsinə baxmayaraq, həmin ərazilərin azad edilməməsinin ən böyük günahkarı Azərbaycanın dünyada uğurlarını gözü götürməyən və bütün fəaliyyətini ona qarşı yönələn siyasət üzərində quran erməni diasporudur:“Dövlətimizin bu məsələyə münasibəti Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin öz çıxışında bildirdiyi kimi, birmənalıdır.Bu məsələdə həm də ən pisi odur ki, burada Azərbaycan xalqının adından istifadə etməklə “Milyarderlər ittifaqı”nın əsas təşkilatçılarından biri erməni diasporunun lideri ilə danışıqlar aparır, eyni masa arxasında oturur. Şəxsən mənim üçün bunun bir adı var - vətənə və xalqa xəyanət yolunu tutmaq!”Millət vəkilinin dediyinə görə, yaranmamış iflasa uğrayan bu təşkilat Azərbaycan diasporunun müstəqillik illərində formalaşan qüvvələrini parçalayır:“Diasporun güclənməsi üçün ona paralel, alternativ təşkilat yaratmaqmı lazımdır? Sual olunur: Erməni diasporunu istər dünyada, istər Rusiyada kimsə parçalamağa cəhd edə bilərmi? Ara Abramyan kimdir? Ümumdünya Erməni Konqresinin və Rusiya Erməniləri İttifaqının sədri. Yəni, söhbət Azərbaycan dövlətinin və xalqının birinci düşməni olan diaspor təşkilatından gedir.O hər dəfə Azərbaycana qarşı bütün sahələrdə savaş açmaq, xüsusilə də, informasiya müharibəsini gücləndirmək haqda bəyanat verir, hər həftə Serj Sarkisyandan telefonla məsləhətlər aldığını qeyd edir. Belə çıxır ki, Söyün Sadıqov Azərbaycan xalqının yaşadığı faciələrin başında duran və əli qana batanlarla bir yerdədir.Təsəvvür edin ki, həmin Abramyan özünün sentyabrın 7-də Ramil Səfərovun azad edlməsinə qarşı Moskvada təşkil etdiyi mitinq haqda fikrini bildirən, Söyün Sadıqovun sədri olduğu “Azərros”un vitse-prezidentini, Nijeqorod Azərbaycan diasporuun sədri Vidadi Abbasova cinayət işi açılmasını tələb edib. Rusiya Federasiyası DİN-nin ekstremizmə qarşı mübarizə İdarəsinə şikayət edərək onu məhkəməyə verib”.R.Aslanova xatırladıb ki, V.Abbasov ümummilli məsələlərdə prinsipial mövqeyi ilə məlum olan insandır:“Erməni kimi ikiüzlü olmaq gərəkdir ki, oktyabrın 23-ü Söyün Sadıqovla “bəyanat və dialoq” maskası taxasan, oktyabrın 24-ü isə onun müavini olan diaspor rəhbərinə cinayət işi açmaq üçün müraciət edəsən. Ancaq noyabrın 23-də imzalanacaq birgə bəyanat xatirinə bu barədə susmağa üstünlük verilib. Söyün Sadıqovun həmin bəyanata əsasən ermənilərlə yaratdığı işbirliyi, daha dəqiq desək, “işçi qrupu” yəqin bunu müzakirə edəcək!?Məsələnin mahiyyəti odur ki, erməni xisləti özünü çox tezliklə büruzə verdi. Hələ üstəlik Abramyanın təşkilatı bu günlərdə Rusiyada “2012-ci İlin Təşkilatı” mükafatına layiq görülüb.Eyni zamanda, müxalifət mediasında belə bir absurd sual tez-tez səslənir ki, niyə Rusiyada yaranan bir diaspor təşkilatından YAP iqtidarı narahatlıq keçirir? Bu zaman qarşılıqlı olaraq belə bir sual yaranır: erməni kimliyinin, milli birlik məsələsinin müxalifətə dəxli yoxdurmu?
Məgər ümummilli məsələlərdə eyni mövqedən çıxış etmək yalnız iqtidara aiddirmi və müxalifəti düşündürməməlidirmi? Azərbaycan xalqı bu məsələlərdə tərəddüd edənlərin aqibətinin dəfələrlə şahidi olub. Hər kəsin mövqeyi dövlətçiliyin mənafeyinə aid olan məsələlərdə açıq-aydın olmalıdır”.
Komitə sədrinin eyni zamanda qeyd etdiyinə görə, səslənən ən absurd fikirlərdən biri də budur ki, onlar Rusiya vətəndaşlarıdır və Azərbaycanla məsləhətləşməyə ehtiyacları yoxdur:“Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur. Adında xalqın, dövlətin əks edildiyi təşkilat yaradılır, lakin bu xalqla, dövlətin maraqları ilə hesablaşmaq gərəksiz hesab edilir!? O zaman bu nəyə xidmət edir? Bunun çox yanlış və təhlükəli bir yol olmasının fərqində olanlar, dövlətçiliyə sadiq insanlar əminik ki, orada adlarının təmsil edilməsini heç bir vəchlə qəbul etməyəcəklər və etmirlər də.Bir məsələni də qeyd etməliyəm ki, qarşısına diasporun fəaliyyətini gücləndirmək məqsədi qoyan Söyün Sadıqovun qısa vaxtda “gördüyü işlər” bu ölkədə mövcud olan diaspor qüvvələrimizə, azərbaycanlı adına bir ləkə kimi qəbul edilir. Təşkilatın yaranmamış süquta uğraması və özünü ifşa etməsi onun məntiqi sonluğudur. Artıq baş verən fikir ayrılığı və təşkilatı tərk edənlər bunu aşkar sübut edir. “Milyarderlər ittifaqı” adlanan təşkilat əslində artıq yoxdur. Təsis olunub qeydiyyatdan keçmək hələ heç nə demək deyil.Artıq cəmiyyətdə yaranmamış iflasa uğrayan bu təşkilat haqda ümumi təsəvvürlər formalaşıb. Ərazi bütövlüyümüz təmin olunmamış işğalçı müharibənin başlıca səbəbkarı və ideya müəllifi olan dünya miqyaslı erməni diasporunun başçısı ilə danışıqlara getmək, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələrlə bir sırada olmaq kimi qəbul edilməlidir. Artıq hətta, peşmançılıq belə mənasızdır.Öz şəxsi mənafeyi naminə Azərbaycan dövlətinin maraqlarının əleyhinə gedən nəinki bu qurum, istənilən digər qurum və ya şəxs heç nəyə nail ola bilməz. Xalq da, tarix də belələrini heç zaman bağışlamır”.R.Aslanova onu da bildirib ki, müstəqillik dövrünün ən böyük nailiyyətlərindən biri də budur ki, Azərbaycan xalqı bu gün də, gələcəkdə də milli birliyin əleyhinə olan istənilən cəhdlərə qarşı sarsılmaz mövqeyini, qətiyyətini ortaya qoyub və bundan sonra da belə olacaq:“Bu məsələdə tərəddüd edənlərin mövqeyinə isə yalnız acımaq olar. Azərbaycanda bu qüvvələrin nəyə isə nail olacağını düşünənlər də əbəs yerə ümidlənməsinlər. Son 20 ildə Azərbaycan xalqı, onun inandığı siyasi lideri görünməmiş təzyiq və təhlükələr dalğasında hər dəfə daha da möhkəmlənib, daha da sıx birləşib.Müdrik xalqımız artıq dostunu və düşmənin ayırd etməyi çox gözəl bilir və dövlət başçısı Prezident İlham Əliyevə alternativ olmadığına bir daha əmin olaraq bu dəfə də öz seçimində Azərbaycanın gələcəyini yalnız onunla gördüyünü sübut edəcək”.