xari

Region gəncləri üçün Səyyar Gənclər Xidmətinə başlanıldı

GƏNCLİK
14:16 08.10.2019
6286
Şəhər və rayon mərkəzlərindən kənarda, xüsusilə də ucqar kəndlərdə yaşayan gənclər üçün Gənclər Fondu tərəfindən "Səyyar Gənclər Xidməti” layihəsinə başlanıldı.

AZXEBER.COM xəbər verir ki, layihənin məqsədi gənclər evləri, gənclərin inkişaf və karyera mərkəzləri və digər sosial-xidmət müəssisələrinə gələ bilməyən gənclərə dövlət tərəfindən yaradılan imkan və xidmətləri yaxın etməkdən ibarətdir. Belə ki, peşəkar təlimçi, gənc həkim, müəllim, psixoloq və bloqerlərdən ibarət qrup ucqar kəndlərə səyahət edərək, orada yerli gənclər üçün gün ərzində müxtəlif tədbir keçirir, xidmətlər göstərirlər.

Gənclərin hərtərəfli inkişafının dəstəklənməsi, onların daim dövlət qayğısı ilə əhatə olunması Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət yetirdiyi məsələ və həyata keçirdiyi dövlət siyasətinin əsas tərkib hissəsidir. Bu gün dövlət başçısının təşəbbüsü ilə istər məşğulluq və sahibkarlıq, istər təhsil və təcrübə, istərsə də beynəlxalq təmsilçilik sahələrdə gənclərə yönəlik xüsusi proqramlar həyata keçirilir, onların fərdi inkişafı, əlavə bilik və səriştələrə yiyələnmələri üçün əməli tədbirlər görülür. "Səyyar Gənclər Xidməti” cənab Prezidentin bu istiqamətdə yaratdığı imkanların ucqar kəndlərdə yaşayan gənclərə təqdimatı və icrasına yönəlmiş növbəti layihə kimi çıxış edir.

"Səyyar Gənclər Xidməti” çərçivəsində gənclərin sosial aktivliyinin artırılması, asudə vaxtlarının səmərəli təşkili, gənclər siyasəti ilə bağlı maarifləndirmə, onların bilik, bacarıq və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş tədbirlər təşkil edilir.

Kitab sərgisi, müxtəlif mövzularda təlimlər, intelektual və idman yarışları, şəxsi inkişaf ilə bağlı sessiyalar keçirilir, dövlət tərəfindən gənclər üçün mövcud xidmət və imkanlar, xüsusilə də ölkə daxilində və xaricdə təhsil,

məşğulluq, sahibkarlıq və könüllülük fəaliyyətləri barədə təqdimatlar nümayiş olunur.

Səfər zamanı gənclər könüllülük, ixtisas seçimi, xarici dil, ünsiyyət, natiqlik və digər mövzularda qrup təlimləri keçirilir. Bununla yanaşı, həkimlər tərəfindən gənclərin tibbi müayinədən keçirilməsi təşkil edilir.

Layihənin əyləncəli hissəsində gənclərə öz istedadlarını nümayiş etdirmək üçün meydan verilib, fərqlənən gənclər diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Layihənin ilkin mərhələsində Qazax, Şəmkir və Biləsuvar rayonlarında, ümumilikdə, 16 kəndə səfər edilməsi və 2000-dən artıq gəncin əhatə olunması planlaşdırılır.

Bu günə qədər Qazax rayon Daş Salahlı, Çaylı, Birinci Şıxlı, İkinci Şıxlı və Yuxarı Salahlı kəndləri, Şəmkir rayonunun Yuxarı Seyfəli, Aşağı Seyfəli, Ağlavaşlı, Təzəkənd və Düyərli kəndləri, Biləsuvar rayonunun isə Xırmandalı, Ağalıkənd, İsmətli və Bağbanlar kəndlərində səfərlər keçirilimişdir.

Qeyd edək ki, "Səyyar Gənclər xidməti” hazırda Biləsuvar rayonunda təlimləri davam etdirir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:42 17.01.2021

Səfərbərlikdən tərxis edilənlər üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır

15:34 17.01.2021

Azərbaycanlı rejissor vəfat edib

15:01 17.01.2021

Türkiyə və Azərbaycan birgə hərbi təlimlər keçiriləcək

14:08 17.01.2021

Sumqayıtda oteldəki qətllə bağlı cinayət işi açıldı

13:46 17.01.2021

Azərbaycanda qarşıdakı dövrdə tədrisin təşkili qaydaları gələn həftə açıqlanacaq

13:31 17.01.2021

Sumqayıtda arvadını qətlə yetirən ər saxlanıldı

13:19 17.01.2021

Vətən müharibəsindən qayıdanlarla bağlı komissiyanın daha iki səyyar qrupu yaradıldı

13:11 17.01.2021

Müdafiə Nazirliyi vətəndaşlara müraciət etdi

12:11 17.01.2021

Vətən müharibəsindən qayıdanlarla bağlı komissiyaya daxil olan müraciətlərin sayı bəlli oldu

11:40 17.01.2021

Gürcüstanda daha 780 nəfərdə koronavirus aşkarlanıb, 17 pasiyent ölüb

11:28 17.01.2021

Alimlərdən koronavirusla bağlı xəbərdarlıq - 2021-ci ilin martına qədər...

11:13 17.01.2021

Kart məlumatlarının oğurlanması ilə bağlı - Xəbərdarlıq

10:28 17.01.2021

Xətai rayonunda iki avtomobil toqquşdu, bir nəfər xəstəxanalıq oldu

10:19 17.01.2021

Azərbaycanda ər arvadını oteldə boğaraq öldürdü

10:17 17.01.2021

Çində koronavirusa yoluxanların sayı artdı: Xəstəxanalar bərpa olundu

23:48 16.01.2021

Almaniya polisi Frankfurt aeroportunda əməliyyat keçirir, saxlanılanlar var