“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyi “Region Gənclərinin İntellektual İnkişafına Dəstək” layihəsinin icrasına start verib.
AZXEBER.COM xəbər verir ki, layihə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə baş tutub.Layihənin məqsədi gənclərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını, komanda şəkilində işləmək bacarığının inkişafını stimullaşdıraraq, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə dəstək olmaqdır.Layihənin vəzifələri isə Azərbaycanın zəngin milli mədəniyyətinin, coğrafiyasının, dilinin və tarixinin gənclər arasında təbliği, intellektual oyunların kütləviliyinin təmin edilməsi və gənclərin aktivliyinin artırılması, gənclərin asudə vaxtının səmərəli təşkili, gənclərin intellektual potensialının inkişaf etdirilməsi və şəxsi qabiliyyətlərinin aşkar olunması istiqamətində əlverişli şəraitin yaradılması, gənclər arasında intellektual oyunların keçirilmə qaydaları haqqında məlumatlandırma işinin aparılması; gənclər arasında intellektual oyunların keçirilməsinin əhəmiyyəti barədə izahların verilməsidir.Layihə Hacıqabul və Şirvan şəhərlərində icra olunacaq. Layihədə yaşı 14-29 yaş arası olan gənclərə iştirak etmək hüquqi veriləcək.Layihə gənclərdə intellektual vərdişlərin yaranmasına bilavasitə yardımçı olacaq. Layihə çərçivəsində fəaliyyətlərin uğurlu həyata keçirilməsi üçün birlik tərəfindən 3 nəfər ixtisas müəllimi (Azərbaycan dili, tarixi və coğrafiyası üzrə), 2 nəfər könüllü gənc və könüllü heyət də fəaliyyətlərə cəlb olunub.1 nəfərdə ekspert cəlb olunacaq ki, bu da layihənin uğurlu keçməsinə və fəaliyyətlərin daha da keyfiyyətli şəkildə qurulmasına şərait yaradacaq.Qeyd edək ki, intellektual oyunlar zamanı gənclərin kütləviliyini saxlamaq üçün şəhər mərkəzi ilə yanaşı, kənd və qəsəbələrdə yaşan gənclərin də iştirak etməsi planlaşdırılmışdır.