Region Tv-nin “Medialayn” verilişinin bu həftəki buraxılışı Azərbaycanda internet media sektorunda özünəməxsus yerə malik olan “Azxeber.com” portalı haqqında olub.
Verilişdə AZXEBER.COM-un yarandığı gündən ölkə mediyasında tutduğu mövqe, saytın hər gün artan oxucu kontingenti, gələcək planlar, ölkədəki internet mediyanın vəziyyəti, mövcud problemlər haqqında ətraflı məlumat verilib.
Portalın redaktorları Günel Hüseynli, Mətanət Əliyeva, Ozal İbrahimli saytda dərc olunan xəbərlər haqqında, portalda köşə yazarı kimi fəaliyyət göstərən müstəqil jurnalist Azər Niftiyev isə saytda dərc olunan müəllif yazıları haqqında danışıblar.
Saytın baş redaktoru Hacıbəy Heydərli portalın yaranma tarixindən, informasiya siyasəti ilə bağlı tamaçılara məlumat verib.
Azxeber.com-un baş direktoru Əfsələddin Ağalarov isə informasiya portalının gələcək planları haqqında danışıb.
Portalımızın fəaliyyəti haqqında hazırlanan verilişi oxucularımız üçün də təqdim edirik: