"Regionun surətli inkişafı üçün bölgədə dayanaqlı sülh təmin olunmalıdır"

"Regionun surətli inkişafı üçün bölgədə dayanaqlı sülh təmin olunmalıdır"
SİYASƏT
16:59 29.09.2021
1273
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il 27 sentyabr tarixində Türkiyyənin Anadolu agentliyinə verdiyi müsahibədə qeyd etmişdir ki, son müddətdə Azərbaycanın ərazisinə Ermənistan tərəfindən aparılan təxribatlar müntəzəm xarakter almışdır. Ermənistan Azərbaycan-Ermənistan sərhədində hərbi təxribat törətmişdir və bu təxribat nəticəsində 13 mülki şəxs və hərbçi həlak olmuşdur. Azərbaycan o zaman düşmənə layiqli cavab verdi, ancaq dövlət sərhədini keçmədi.

Bir il əvvələ qayıdarkən, bütün bu prosesləri, bütün bu hadisələri daha da dəqiq təhlil etmək imkanı yaranır. Görünür ki, Ermənistan rəhbərliyi, hakimiyyətə yeni gəlmiş rəhbərlik hansısa hərbi uğurla da öyünmək istəyirdi, hansısa hərbi uğur əldə etmək istəyirdi. Ancaq hesablamaları çox səhv apardılar, çox böyük xəta törətdilər və bunun nəticəsində acı məğlubiyyətə uğradılar.

Beynəlxalq təşkilatlar və Minsk qrupu otuz il ərzində münaqişənin sülh yolla həll olunmasından yayındı. Minsk qrupuna həmsədrlik edən üç dövlət BMT-nin təhlükəsizlik şurasının daimi üzvüdür. Onlar dünya miqyasında ən güclü ölkələr sayılırlar. Lakin bu dövlətlərdə ermənistana vaxtında ciddi təzyiq göstərmədilər. Nəticədə 2020-ci ilin 27 sentyabrında 2-ci Qarabağ müharibəsi başlandı və bu müharibənin başlanmasında ən böyük məsuliyyət ermənistanın üzərinə düşdü.

Otuzillik işğal dövründə, cəmi iki dəfə faktaraşdırıcı missiya göndərildi və məruzə hazırlandı. Ermənilərin bütün cinayətləri məruzədə göstərildi. Sonuncu belə bir missiya təqribən 10 il əvvəl həyata keçirilmişdi. Azərbaycan dəfələrlə Minsk qrupuna, onun həmsədrlərinə müraciət etmişdi ki, yenə də missiya göndərilsin. Çünki orada qanunsuz məskunlaşma aparılırdı, Suriyadan, Livandan, başqa yerlərdən ermənilər gətirilib məskunlaşdırılırdı. Bu, hərbi cinayətdir. Bütün beynəlxalq konvensiyalara görə bu, hərbi cinayət sayılır.

Postmüharibə dövründən sonra "Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Bundan sonra "Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi düzgün deyil. Azərbaycan ərazisində belə bir qurum və ya inzibati ərazi yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var. Belə olan halda Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortalığa çıxmalıdır. İndiki dövrdə Azərbaycan ictimaiyyəti Minsk qrupunun fəaliyyətini görmür. Adətən onlar danışıqlar prosesi dövründə gəlirdilər, təkliflər verirdilər, prezidentlər səviyyəsində keçirilən görüşlərin gündəliyini təsbit edirdilər, bizə təkliflər edirdilər ki, hansı məsələlər müzakirə oluna bilər. Hər iki tərəf də razılaşma əsasında bu məsələləri müzakirə edirdi. İndi isə müharibənin bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif yoxdur.
 
Bölgədə sülhün təmin olunması üçün Ermənistan-Türkiyə münasibətlərinin normallaşması labüddür. Türkiyənin təklif etdiyi 3+3 platforması bunun ən gözəl yoludur. Ancaq Ermənistan hələ ki, buna razılıq verməyib. Azərbaycan bunu dəstəklədi, Rusiya dəstəklədi, İran dəstəklədi, ancaq Ermənistan bunun əleyhinə çıxır. Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün daha çox səy göstərməlidir. Çünki onlar üçün bu, önəmlidir. Müharibədən sonra onların durumu daha da pisləşdi. Ona görə daim münaqişədə olmaq, qonşularla əsassız, saxta tarix əsasında gələcək əlaqələri planlaşdırmaq çox yanlış bir addımdır. Ermənistan maraqlı olmalıdır ki, ilk növbədə, Türkiyə ilə əlaqələri normallaşdırsın, eyni zamanda, Azərbaycanla münasibətləri normallaşdırsın.

Ermənistan kapitulyasiya Bəyanatına imza atmaqla öz üzərinə öhdəliklər götürmüşdür və bu öhdəlikləri məcbur olub yerinə yetirdi. Bu öhdəliklərin yerinə yetirilməsi müharibədən dərhal sonra baş vermişdir. Yəni, o zaman işğal altında olan bölgələrdən erməni qüvvələrinin çıxarılması orada açıq-aydın göstərilirdi və müharibə bitəndən sonra 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonları bizə qaytarıldı. 

2020-ci il noyabr ayının 9-dan 10-na keçən gecə imzalanmış bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan muxtar respublikasını birləşdirən dəhlizin açılması nəzərdə tutulmuşdur. Lakin Ermənistan bu bəyanatın şərtlərini gobudçasına pozur və imzalanmış Bəyanatınayrı-ayrı müddəalarını yerinə yetirmir. Azərbaycan müharibədən sonra bir il ərzində azad olunmuş torpaqlarda həm torpaq yol həm asfalt yol çəkilmiş, lakin 40 km dəhliz yolunun çəkilməsi problemə çevrilmişdir.

30 illik müstəqillik dönəmində sərhədlərimiz yaxınlığında heç bir hərbi təlim keçirilməmişdir. Nə üçün Ermənilər Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə belə təlimlər keçirilmirdi? Azərbaycan bu torpaqları azad edəndən sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra belə təlimlər keçirilir? Biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuran heç bir hal olmasın. Azərbaycan burada da özünü çox məsuliyyətli və təmkinli aparır. İran tırlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi  də ölkəmizə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır. Azərbaycan məsələ ilə bağlı rəsmi qaydada diplomatik nota verdi, İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edildi, ona iradlar bildirildi və xahiş olundu ki, buna son qoyulsun. Bu, avqust ayının ortalarında olan məsələdir. Biz ümid edirdik ki, buna son qoyulacaq. Ancaq buna baxmayaraq, avqustun 11-dən sentyabrın 11-nə qədər yenə də İrandan gələn 60-a yaxın tır qanunsuz olaraq Qarabağa hərəkət etdi. Azərbaycan-İran münasibətlərinə zərər verə biləcək halların mütləq qarşısı alınmalıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın tarixində bu münaqişə ilə bağlı səhifə artıq qapanıb. Odur ki, Ermənistan 10 noyabr Üçtərəfli Bəyanatın şərtlərini tam şəkildə yerinə yetirməlidir.

Naftalan şəhər sakini Elyar Cəfərov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat
20:59 09.10.2026
Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
20:55 09.10.2026
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
Cibində nadir quşları təyyarədə keçirmək istədi - Saxlanıldı
20:50 09.10.2026
Cibində nadir quşları təyyarədə keçirmək istədi - Saxlanıldı
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb
20:47 09.10.2026
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb
Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi
20:40 09.10.2026
Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi
Şəkidə avtoqəza olub, sürücü ölüb
20:36 09.10.2026
Şəkidə avtoqəza olub, sürücü ölüb
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
20:31 09.10.2026
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
İstanbulda çökmüş bina ilə bağlı maraqlı fakt - Foto
20:27 09.10.2026
İstanbulda çökmüş bina ilə bağlı maraqlı fakt - Foto
Vinçenzo Montella Türkiyə millisindən qovuldu
20:21 09.10.2026
Vinçenzo Montella Türkiyə millisindən qovuldu
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
20:16 09.10.2026
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib
20:10 09.10.2026
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib
Masazırda “Mercedes Vito” yanıb
20:04 09.10.2026
Masazırda “Mercedes Vito” yanıb
Gələn həftə Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti tənzimlənəcək
20:03 09.10.2026
Gələn həftə Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti tənzimlənəcək
AZAL-ın Moskva istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıldı
19:58 09.10.2026
AZAL-ın Moskva istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıldı
Mirzoyan Hakan Fidanla telefon danışığı apardı
19:56 09.10.2026
Mirzoyan Hakan Fidanla telefon danışığı apardı
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ
19:48 09.10.2026
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ