Reha Muxtarın vəsiyyəti bilindi - "Məzarıma gəlməsin!"

Reha Muxtarın vəsiyyəti bilindi - "Məzarıma gəlməsin!"
MAQAZİN
15:18 03.06.2026
199
Xəbər verdiyimiz kimi, Türkiyə televiziyasında tanınmış jurnalist və aparıcı Reha Muhtar 66 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.
 
AZXEBER.COM xəbər verir ki, Muxtarın ölümündən sonra illər əvvəl yazdığı paylaşım üzə çıxıb.

Aparıcı keçmiş həyat yoldaşı, aktrisa Dəniz Uğuru hədəf alaraq "Pərəstişkarlarıma vəsiyyətim budur, əgər ölsəm, Dəniz Uğur dəfn mərasimimə gəlməsin" deyə, qeyd etmişdi.
 
Qeyd edək ki, cütlüyün evliliyindən əkiz övladları var. Onlar boşandıqdan sonra uşaqlar atanın himayəsinə verilmişdi. Cütlük illərlə qalmaqallı məhkəmə prosesləri ilə gündəmi zəbt etmişdi.
 
Bir neçə gün öncə Muxtar xəstəxanaya yerləşdirilən zaman aktrisa Denbiz Uğur paylaşımında "Uşaqlarımın atası üçün dua edirəm. Allah onu bizə bağışlasın. Onun yanına xəstəxanaya gedirik" sözlərini yazmışdı.
 
Aysel
OXŞAR XƏBƏRLƏR