Çörəklə bağlı yaxın vaxtlarda standart qəbul olunacaq.Bunu bu gün keçirdiyi mətbuat konfransında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov söyləyib.Standartda çörəyin kağız paketlərdə saxlanılması da əksini tapacaq.