Rəqsanə əri haqda: "Səni Məcnun kimi yaşadacam" - VİDEO

Rəqsanə əri haqda: "Səni Məcnun kimi yaşadacam" - VİDEO
MAQAZİN
15:55 14.02.2020
7818

Müğənni Rəqsanə İsmayılova əri ilə səmimi və romantik videosunu paylaşıb.

AZXEBER.COM xəbər verir ki, müğənninin "İnstagram" hesabında paylaşdığı görüntülər "Sevgililər günü"nə özəl çəkilib.
Rəqsanə videonu bu sözlərlə paylaşıb:

"Həyatıma xoş gəldin... İlk dəfə bu sözü sənə 8 il öncə dedim. Bu ekran işi bizim sevgi hekayəmizin başlanğıcından bəhs edir. Hər zaman sizinlə kədərimi, dərdimi bölüşdüyüm kimi, bu gün xoş və xoşbəxt günümü paylaşıram.

Çox həyəcanlıyam, həm yeni ifamın, klipin həyəcanı var, həm də bu tarixin sevinci və sevincdən doğan göz yaşları. Arzu edirəm, hər zaman sevin və sevilin, ətrafınızda sizə dəyər verən insanlar olsun".

Görüntülər ifaçının "Həyatıma xoş gəldin" adlı yeni klipindəndir.

OXŞAR XƏBƏRLƏR