Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir

Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
DÜNYA
18:13 19.10.2026
217
Avropadakı iğtişaşlar böyük bir böhrandır və artıq xaosa doğru gedir.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Fransadakı etiraz aksiyaları zamanı yaşanan hadisələri şərh edərkən bildirib.

Onun sözlərinə görə, Fransada başlayan etirazlar artıq İtaliyaya və digər ölkələrə yayılmaqdadır.

"Bu böhranın sistemli olub-olmadığını demək çətindir. Lakin aydındır ki, bu, böyük böhrandır. Fransanın böyük şəhərlərindəki bu iğtişaşlar faktiki olaraq xaosa doğru gedir, etirazların artıq İtaliyaya və digər ölkələrə keçdiyini görürük. Burada açıq-aydın böhran təzahürü görünür. Lakin bu? həmin ölkələrin daxili işidir", - Kremlin sözçüsü vurğulayıb.
OXŞAR XƏBƏRLƏR