“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə “Respublika Debat Forumu – Payız 2011” çərçivəsində həyata keçirilən silsilə tədbirlər davam edir.
15 dekabr 2011-ci il tarixindəBakı şəhərində Respublika Gənclər Debat Forumun iştirakçılarının “Gənc ailələlərə dövlət dəstəyi” mövzusunda maarifləndirilməsi məqsədi ilə Milli Məclisin Sosial Siyasət Komitəsinin Sədri Hadı Rəcəbli ilə görüş keçiriləcək. Görüş zamanı gənclərə Azərbaycan Respublikasının ailə qanunvericiliyi haqqında məlumat veriləcək və iştirakçılarla fikir mübadiləsi aparılacaq.
Məlumat üçün, “Respublika Gənclər Debat Forumu – Payız 2011” sentyabr – dekabr 2011-ci il müddətini əhatə edərək gənc ailələr və onlara dövlət dəstəyi mövzusunda 150-dən artıq müxtəlif səviyyəli təlim, seminar, içtimai debatlari birləşdirir. Bu günə kimi forumda Bakı, Sumqayıt, Gəncə, Şəki, İsmayıllı, Qəbələ, Lənkəran və digər şəhər və rayonları əhatə edən 30-dan artıq təhsil müəsisəsini təmsil edən 2000 gəncin iştiraki baş tutmuşdur.